Yuxarıda dediyimiz kimi, “Yegipet piramidalarının, bütün digər ziqquratların, Kir və Lenin mavzoleylərinin memarlıq üslübuna təkan vermiş” unutduğumuz məbədimizi özümüzə necə doğmalaşdırmaq olar?” Mixi yazılar kimi, o da indiyə qədər bizə yad olub. Bu səddi aşmaq və xalqı ona öz doğma abidəsi kimi təbliğ etmək üçün onun barəsində belə geniş danışmalı olduq.
“Ciqurr At`dan da qabaq başlayan muğam sənətimizin neçə məlum, məşhur nümayəndəsi olub, görəsən?” sualı da tapılan faktlar fonunda yeni yanğı, yеni qayğı kimi tədqiqatçı fikrini özünə cəlb etməyə bilmir. Bir anlığa xəyal edək ki, bız lap elə Bakı Muğam məbədində sənətçilərimizdən bir neçə dühasına qoyulmuş büstlərlə yanaşı, divarda bütün ifaçılarımızın adlarını əbədiləşdirmək istəyirik. Və əslində bunu etməliyik. Bizdə çoxlarımı hansı sənətkarlarımız var olub nəsnəsini tam nümayiş etdirə bilir? Cavab birmənalıdır, Yox. Hollivudda küçə səkisinə döşənən və dünyaya təbliğ edilən incəsənət ulduzlarının beşgüşəli ulduz içərisində həkk edilmiş adları kimi, biz də Beynəlxalq Muğam məbədində ifaçılarımızın hamısnın adını qızıl su ilə ya divara qazımalıyıq, ya da məbəd ətrafındakı yaşıllıqda – yerdəcə mərmər lövhələrdə həkk etməliyik. Şübhəsiz bizdə eradan əvvəlki adları bərpa etmək mümkün deyil. Lakin heç olmasa onların sayını bilmək olarmı? Əlbəttə, təqribi olacaq sayı hesablamaq çətin deyil. Bizim üçün ucu guya Cabbar Qaryağdıdan başlayan, yəni ilk sədasını Cabbar əminin ifasında eşitdiyimiz bu ulu sənətin dərin kökləri inanılmayacaq qədər dərindir. Onun kökləri qalıqları indi də duran Cıqqur At məbədindən su içir. Təqribi hesablamalar göstərir ki, yalnız son 200 ilin, yəni 10 nəslin yetirmələrinin tam siyahısı 50 azman sənətçidən ibarətdir. Bu sürətlə ərsəyə gəlməni ortaq götürsək, yəni 10 nəsil deyək, 50 məşhur sənətçi yetiribsə, hələ məbəddən qabaq da mövcud olmuş – 7 min illik muğam tarixində, yəni dünyasını dəyişmiş təqribən 350 nəslimizin yetirmiş olduğu ən məşhur ifaçıların sayını tapmaq zor tələb etmir. 10 nəsildə – 50 sənətçidirsə, 350 nəsildə X sənətçi olmalıdır. Adicə tənasib hesablaması göstərir ki, biz təqribən 1750! muğam sənətçisinin adını bərpa etməliyik ki, Bakı Beynəlxalq Muğam Məbədinin iç divarlarını və ya çölünü onların qızıl suya çəkilmiş adları, mümkün olduqda isə şəkilləri ilə bəzəyək.