Где, когда и как родился мугам - страница 17

Шрифт
Интервал


avazıyla hündürdən Allaha sonsuz müraciətləri, xristian kilsələrində orqanla müşayiət olunan azman xorların varlığı, ulularımızın Cıqqur At məbədində həyata keçirdikləri həm kütləvi sitayişlərin, həm də bayram şənliklərinin azman tarixi əks-sədalarıdır.



Yəhudilər də lap bizim kimi, ərəblər kimi muğam oxuyurlar yəhudi makamı adı altında. Tarın, kamanın, tütəyin müşayiəti ilə. Tamamilə Azərbaycan muğamının rəngı üstündə çalınan deyək ki, elə şur adlandırdıqları muğam müəyyən mənada ərəb fəsiləsində səslənsə də, kök eynidir. Cıqqır At məbədinə Babildəki yəhudilər də gəlirdilər və öz vətənlərinə döndükdə yeni ölkədə eşidib sevdikləri musiqi ərməğanı ilə öz dinləyicilərini məftun edirdilər. İndi də yəhudi sinaqoqlarında Eloximə dualar makamlar üstündə səsləndirilir.

Şahidi olduq ki, məbəddəki silindri ən qədim yazılı mənbə kimi qəbul etsək də, o, muğam barədəki informasiyası ilə yeganə tarixi yazılı şahid deyil. Ulu əcdadlarımızın sonrakı, yaxud məbəddən öncəki yaradıcılıqlarındada musiqi alətlərimizin adlarına tez-tez rast gəlirik. Fikir verdinizsə, yuxarıda yaradıcılığı barəsində söhbət açdığımız Enlil İsmə Dağan qəzəllərinin birndə deyir:


Du gə, du gə, du gə ey, mən azuni nükur udam!

Yəni, Du gə, şahidi ol ki, mən ən azı naxışlı (sədəfli) udam!


Filosof şair və astronomun bu cür etirafı, müəyyən mənada tələbəlik illərində Bakının “Dağlı məhəlləsi”ndə rəssam qardaşım Fəxrəddinlə kirayənişin yaşadığım illəri xatırlatdı mənə. Oranın yerli “dağlı” əhalisi içərisində salam verdiyin şəxsdən soruşanda, məs., “Necəsiniz, Əzizə Xanım?” böyük qətiyyətlə verdiyi “Dəf kimi!” cavabı bizi təəccübləndirməyə bilməzdi. Özünü saz olan və dinləyicilərini sevindirən musiqi alətinə bənzətmək xasiyyəti, göründüyü kimi, yazılı tariximizin u başında da adət olub.

Bir parçasını tərcümə edə bildiyimiz və kontekstindən “Anasının ölümünə” yazıldığı bəlli olan Ağıda (Elegiya) Enlil İsmə belə bir arzuyla taleyə, fələyə müraciət edir:


İkrip ili uturub a tarı inə şəptiyə

(Əqrəb ili a (Ana) oturub tarını kaş bir də kökləyəydi!..).


Babilandan qaldırılmış və Britaniya muzeyində saxlanılan yuxarıdakı terrakot lövhəni tədqiq edən avropalı müəllifi musiqi alətini “Uzunqollu lut” adlandırır. Səhv göz qabağındadır. Gəlin, hörmətli antik tarzənimizin sinəsindən qədim tarı bir anlığa alaq. Və yanına Avropa musiqi aləti olub çox-çox sonralar, elə Avropa mütəxəssislərinin yazdıqlarına görə qədim uddan yaranmış lutu qoyaq. Müqayisə üçün. Tar niyə lut olmalıdır ki?..