Mən sadə yolçuyam - страница 6

Шрифт
Интервал


Yanır atəşlərə, külə dönür can.

Gecənin sonunda sökülməsə dan,

Borclu dəftərinin varağındayıq!

08.05.2019

Məhəbbət əfsanəsi

Arif Məlikovun xatirəsinə


Bir içim su idi səni unutmaq,

Silmək ağrı verən adını belə…

Bəs niyə unuda bilmədim səni?

Qaladım sinəmə odunu belə.


Budurmu, dediyin o sevda, filan,

Qum kimi, çöp kimi gözümə dolan…

Deyirdim, məhəbbət yalandı, yalan,

Anlaya bilmədim dadını belə.


Vahid, çox dedilər həyat dadlıdı.

Bu həyat deyil ki, – qapazaltıdı.

Ruhum yox, görünən boş qaraltıdı,

Çətin, bir də sevəm qadını belə…

13.05.2019

Gedİr

Mindirdim günləri ceyran belinə,

Yanımdan yel kimi çaparaq gedir.

Varımı yüz ildi çapıb, talayır,

Yoxumu əlimdən qaparaq gedir…


Enişlər, yoxuşlar gəlir dalbadal,

Hələ cavabsızdı nə qədər sual.

Ürəyim yalvarır, – elə burda qal,

Ömür əllərimdən qoparaq gedir.


Vahid, səhər çağı bu nə avazdı?

Çatdın altmış üçə, çoxdu, ya azdı?

Əllərim bu həzin nəğməni yazdı,

Könlüm də təsəlli taparaq gedir!

14.05.2019

Mənİ

Üstümə gəlirsən dəli dalğa tək

Ay zalım, görmüsən yoxsa tək məni?

Vermişəm yaxamı naşı əlinə,

Üzür bu darthadart, çəkhaçək məni.


Axşamdan səhərə uzanır gecə,

Bilmirəm, sabahı açıram necə?..

Nabələd yolçuyam, qısanayıb küncə,

Döyürsən zindanda dəmir tək məni.


Yara can deməkdən alışdı dilim,

Mən yandım, indi də yanacaq külüm…

Bu sevgi Vahidə neylər, ay gülüm?

Конец ознакомительного фрагмента.