Su üzərində bahar - страница 15

Шрифт
Интервал


Ona dərd olacaq, dözməz bu dərdə.


…Məni sakitliyə aparıb gedər,

itirər gözlərdən, itirib gedər.

Yığar balıqları üçə, yeddiyə,

«baxdınız, gördünüz», «dağılın» – deyə,

qovar balıqları, qovar yanımdan.

Yuyub, rahatlayıb basdırar məni,

canlılar gözündən azdırar məni.

Rekviyem çaldırar susan sulara,

ay da işıq salar, gecə durular…

Üstümə yosunlar döşəyər, tökər,

içimə bir sevgi toxumu səpər.

Oxşayıb, oxşayıb yatırar məni,

sevginin qoynunda batırar məni.


Məni dəniz boğsa, heç dərdim olmaz,

üzümdə sevginin naxışı solmaz.

27.01.2015

Dənİz gözlüm

Dəniz gözlüm…
Qoy məni gözün üstünə,
nə olsun üzə bilmirəm.
Baxıb mənə ötüb getmə,
bilirsən dözə bilmirəm.
Əlimi götür əlinə,
əlim əldə itən olur.
Durub, durub lap qəfildən
bir gül təki bitən olur.
Sən ki, sevirsən gülləri.
Gül ətirli, dəniz gözlüm.
09.10.2016

Dənİz nəğməsİ

Gedəkmi, ala gözlüm,
sevdiyimiz dənizə?
Eşidib qağayılar
nəğmə oxusun bizə.
Ləpələr gəlib yusun
sahildəki izini.
Ay da çıxıb dəyişsin
dənizin bənizini.
Dalğalar layla desin