Dilarənin ürəyində bir-birinə zidd fikirlər döyüşürdü. O, gah özünü mühakimə edir, gah da özünə haqq qazandırırdı. Nəhayət, bu mübarizədən bezdi. Tək yaşamağın ağrı-acısını o, çox çəkmişdi. Bir gün deyildi, bir ay deyildi. Düz altı il idi ki, təklik ona əzab verir, ürəyini ağrıdır, gecələr yuxusunu, gündüzlər isə rahatlığını əlindən alırdı. Uzun, bitib-tükənməyən qış gecələri, dumanlı-çiskinli payız axşamları bir-birini əvəz edirdi. İllər heç bir gözəl şey vəd etmədən ötüşürdü. Lakin bunlar Dilarəni o qədər ağrıtmırdı. Onu ağrıdan başqa şey idi: son vaxtlar adamlar ondan uzaqlaşırdılar. Köhnə dostlan, rəfiqələri yavaş-yavaş onunla əvvəlki münasibətlərini dəyişirdilər, qohumlan get-gedə evinə az-az gəlirdilər, qonşular da onunla soyuq davranmağa başlamışdılar. Dilarənin tək yaşamasını hərə bir cür mənalandınrdı.
Dilarə bunlan dərk edirdi. Adamlann soyuqluğu onu yayın istisində buz kimi üşüdürdü. Hərdən ürəyində etiraz hissi baş qaldınrdı. İstəyirdi qışqırsın, aləmə car çəksin, öz bədbəxtliyini hamıya bəyan eləsin. Desin ki, hamınız isti yuvanızda, əzizlərinizin yanındasınız. Mənim də insan olduğumu, ülfətə, nəvazişə, qayğıya, məhəbbətə… ehtiyac duyduğumu niyə başa düşmürsünüz?
Telefon zəng çaldı. Danışan Rasim idi. Onunla iki il əvvəl tanış olmuşdu. Cəmi bir ay görüşmüşdülər. Sonra Rasimi xaricə işləməyə göndərmişdilər. O vaxtdan görüşmürdülər.
– Salam, Dilarə.
– …
– Tanımadın? Danışan Rasimdir.
– Hə, tanıdım, salam. Rasim.
– Necəsən?
– Sağ ol.
– Səni elə görmək istəyirəm…
– Əlcəzairdən haçan gəlmisən?
– Dünən.
– Həmişəlik?
– Yox. Bir aylıq məzuniyyətə gəlmişəm.
– Evlənməmisən?
– Yox. Bəs sən? Həyatında bir yenilik varmı?
–Yoxdur, Rasim.
– Gəl bu gün görüşək, sənə hədiyyə gətirmişəm.
– Bu gün heç kefim yoxdur.
– Kefini açmaq mənim boynuma. Danışdıq?
– Nə bilim.
– Danışdıq daha. Evimin yeri yadından çıxmayıb ki?
– Çıxmayıb.
– Deməli axşam saat səkkizdə. Gecikmə ha, Dilarə! Hələlik.
* * *
Şıdırğı yağış yağırdı. Elə bil vedrədən tökülürdü. Yağış damcılan tappaturupla pəncərələrə dəyir, qəribə səs-küy yaradırdı. Küçədə gediş-gəliş birdən-birə kəsilmiş, maşın siqnallarının səsi azalmışdı.
Aynur pəncərədən küçəyə tamaşa edirdi. Balaca stulunun üstünə çıxıb əlləri ilə pəncərəyə dayaq verərək üzünü şüşəyə yapışdırmışdı. Hava qaraldıqca onun ürəyi nigarançılıqdan sıxılırdı. Darıxıb kitab şkafının alt gözündən “Əlifba”nı çıxartdı, ucadan oxumağa başladı: “Baba və nəvə bağdadır. Ana evdə xörək bişirir". O, “Əlifba”nı əzbər bilirdi. Bu kitab daha onun üçün maraqlı deyildi.