Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 24

Шрифт
Интервал


qəzetdə bu faktı dərc etdirməsi mənə inandırıcı görünsə də, başqa bir tərəfdən sabiq cəbhəçi zabitə inanmamağa heç bir haqqım yox idi. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, keçmiş komandir həmin qara günləri kifayət qədər yaxşı xatırlayırdı və mənim suallarıma düzgün, dürüst və səlist cav. Hətta, Georgiy Qavriloviç döyüşlərdən birində göstərdiyi şücaətə görə Məhəmməd Maqomayevin “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülməsi haqqında sənədləri hazırlayıb yuxarı qərargaha təqdim etdiyini vurğulayırdı…”.

Qarşısına məqsəd qoyan müəllif, bu məsələni araşdırmaq məqsədilə SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə gedir. O, 1941-1945-ci illərdə Sovet Ordusundan əbədi olaraq geri qayıtmayan serjant və əsgərlərin “Əlifba” kartoçkasında aşağıdakı məlumatları aşkarlayır. Həmin kartoçkada lazım olan informasiya tamamilə öz təsdiqini tapır. Orda yazIlmIsdI:

“301 saylı atıcı diviziyanın, 823 saylı artileriya alayının kəşfiyyat bölüyünün komandiri serjant Məhəmməd Əbdül-Müslüm Maqomayev 1916-cı ildə Bakıda doğulub, ÜK (b) Partiyasının üzvü olub, Bakı şəhəri, Yanvar küçəsi, ev–19 / 113 ünvanında yaşayıbdı. Bakı şəhər Hərbi Komissarlığı tərəfindən hərbiyə çağırılıb və 04/24/1945-ci il tarixində qəhrəmancasına həlak olubdu. Almaniyanın Kyüstrin şəhər stadionunun şimal – qərb ətrafında dəfn edilibdi. Əsas: Daxili dəftər – 69002. 06/27/1945-ci il”.

Müslümün anası Ayşət xanım xatirələrinin birində qeyd edirdi ki, “Məhəmməd Maqomayevi Maykopdan müharibəyə yola salıbdı”. Ancaq SSRİ Müdafiə nazirliyinin arxivindəki sənədlər Ayşət xanımın yanlış olduğunu sübut edir.

Arxivdən əldə edilən informasiya sabiq artilleriya komandiri G.Q.Paxlebayevin narahatlığına son qoyur, həm də qəzet səhifəsində gedən yanlış məlumata aydınlıq gətirir. Bundan sonra hərbi jurnalist Mixayıl Zaxarçuk Müslüm Maqomayevlə görüşüb fikirlərini onunla bölüşmək və müğənninin bu barədə məlumatlı olub və ya olmadığını öyrənmək istəy.

Müslümlə görüşündən sonra M. Zaxarçuk bu barədə yazırdı:

“Sən demə, Müslüm Maqomayev atası ilə bağlı hər şeyi, hətta, onun Kyüstrində həlak olduğunu bilirdi. Ancaq burda bütöv bir tarix gizlənirdi, onu qısaca iki kəlmə ilə ifadə etmək qeyri mümkündü. Lakin o da bəlli idi ki, hərbi dostları alay yoldaşlarını Polşanın ərazisində dəfn ediblər.