Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 25

Шрифт
Интервал


Niyə?

Bax, bu olduqca maraqlı, həm də müəmmalı idi”.

Məhz, bu səbəbdən arxivə bir cür, Maqomayevin ailəsinə isə başqa cür informasiya gedibdi. Bu, hələ hər şey demək deyildi. Hazırlanan plana görə Müslümün atasının məzarı çoxda böyük olmayan polyak kəndinin yaxınlığından keçən dəmir yolu xəttinə bağlanırdı. Sözsüz ki, bu maqomayevlər ailəsinə bəlli ola bilməzdi.

“Başqa bir tərəfdən müharibədən sonra “Sosialist Polşası”nın yenidən qurulması və bu kəndin yerlə yeksan olunması məsələsi meydana gəlirdi. Elə, buna görə də, Məhəmməd Maqomayevin məzarının ilkin axtarışları heç bir nəticə vermədi. Həmin zaman axtarışlar bir neçə voyevodluqda (Polşada inzibati ərazi vahidi: -C.P.) aparılırdı. Axtarışlardan xeyli müddət keçməsinə baxmayaraq polyaklar məzarın düzgün və dəqiq yerini müəyyən edə bilirlər. Məlum olur ki, 823 saylı alaydan olan sovet əsgərlərinin məzarı, o cümlədən Məhəmməd Əbdül-Müslüm oğlu Maqomayevin dəfn olunduğu yer Kşivin-Qreyıfinskidir ”, -deyərək,-M.Zaxarçuk qeyd edir.

Tarixi sənədlərə əsasən 1952-ci ildə bu yarğanda yerləşən bütün həlak olan sovet əsgərlərinin qəbirləri açılaraq ekshumasiya olunur və yenidən Hoyne adlanan qardaşlıq məzarlığında dəfn olunurlar. Xüsusi məqsəd üçün hazırlanan bu məzarlıqda indi 3985 sovet əsgəri uyuyur. Rəsmi məlumatlara görə onların çoxunun dəqiq familiyasını məyin etmək mümkün olubdu, həmçinin, Məhəmməd Maqomayevin.

Muslum Maqomayev xatirələrində bu barədə yazırdı:

“Bu informasiyalar dəfələrlə yoxlanıbdı. Lakin, ən azından, Georgiy Qavriloviça atam haqqında söylədiyi xoş xatirələrə görə dərin təşəkkürümü bildirirəm. Bizim geniş ailə arxividə atamın komandirləri, dostları, hərbi yoldaşları haqqında yazdığı çoxsaylı məktublar qorunub saxlanılır. Lakin şükürlər olsun ki, hal-hazırda atamın yaşayan alay komandiri haqqında ilk dəfədi eşidirəm. Atam haqqında hər bir məlumat mənim üçün olduqca qiymətlidi. Çünki mən atamı heç vaxt görməmişəm…”.

Bu, vəziyyətdən yararlanmaq məqsədilə, sözün yaxşı mənasında, Mixayıl Zaxarçuk atalar məsəlində deyildiyinə rəğmən, – “dəmiri isti-isti döyərlər” formuluna əsaslanaraq Müslüm Maqomayevdən onların ailə arxivini, daha doğrusu, atasının müharibə illəri ilə bağlı olan hissəni bir neçə günlük istəyir. Elə düşünür ki, ola bilsin orda Georgiy Qavriloviçin demədiyi bəzi faktları aşkarlasın… Əlbəttə, bu, ölkənin ən məşhur hərbi qəzetlərində veriləcək məqaləni daha rəngarənk, maraqlı və dəyərli edərdi.