Müğənninin repertuarında zəmanəsinin ən çətin, çox əmək tələb edən möhtəşəm operaları: S.S.Prokofyevin , P.İ.Çaykovskinin , M.De Falyanın və başqa bəstəkarların opera, ariya və romansları, həmçinin, orqanın müşayiəti ilə qədim sənətkarların əsərləri yer alırdı. Tamaşaçı auditoriyasını cəlb edən məqamlardan biri ondan ibarət idi ki, Tamara xanım həyat yoldaşı Müslüm Maqomayev ilə bi rgə duet formasında dinləyicilərə biri-birindən gözəl, əsrarəngiz, təkrarolunmaz musiqi nömrələri bəxs edir və onların könlünü, sanki, ovsunlayırdılar. T.Sinyavskayanın tanınmış musiqiçi E.F.Svetlanov , həmçinin, bir çox başqa məşhur və görkəmli dirijorlarla çıxışı, o cümlədən Rikkardo Şayi və Valeriy Qerqiyevlə səmərəli əməkdaşlığı yaxşı nəticələr verirdi.
Həyat elə gətirir ki, Müslüm Maqomayevlə tanışlıqdan sonra Tamara Sinyavskaya İtaliyanın Milan şəhərinə, məşhur “La Skala” teatrına təcrübə keçməyə gedir. O, haricdə çoxlu çıxışlar edir və daha da püxtələşir. Onun repertuarında olan bir çox əsərlər, məsələn: Paris şəhərində Rimskoqo-Korsakovun “ Snequroçka ” (“Qar gəlini”) əsərində Lel , Türkiyədə Cüzeppe Verdinin “Trubadur” və “Bal-ziyafət” operalarında müvafiq olaraq Azucena və Ulrika , həmçinin, Almaniyada böyük müvəffəqiyyətlə Rixard Vaqnerin “ Karmen ” əsərini mükəmməl oxuyur. O, Avstriyanın paytaxtı Vena Dövlət Opera teatrında S.S.Prokofyevin “Hərb və sülh” operasında Axrosimovanın partiyasında iştirak edir.
"La Skala" Bu, tanışlıq Moskva şəhərində bir neçə görüşlə yekunlaşır və məsələ məhəbbət məcəralarına qədər gedib çatmır, romantika yaşanmır. Ancaq qeyd etmək lazımdı ki, Bakı tanışlığına kimi tale onları bir neçə dəfə yaradıcılıq yollarında, o cümlədən müxtəlif konsert meydançalarında üz-üzmishmə gə. Lakin cütlük bu zaman kəsiyinə qədər bir-biri ilə kifayət edəcək qədər yaxından tanış deyildilər. Ötəri və ya yaradıcılıq tanışlığı 3 oktyabr 1972-ci ilə qədər davam edir. Həmin zaman “Böyük teatr”ın bir qrup artisti Bakıda keçirilməsi nəzərdə tutulan Rusiya mədəniyyəti və incəsənəti günlərində iştirak etmək üçün paytaxtımıza gəlirlər. Yevgeni Nesterenko, Nina Fomina, Yevgeni Raykov, Kirill Kondraşin, həmçinin, gənc Tamara Sinyavskaya da yer alırdı.
“Azərbaycanın görkəmli və tanınmış bəstəkarı, Müslümün babasının adını daşıyan filarmoniyada bizi bir-birimizə təqdim etdilər. Əgər səhv etmirəmsə bu, şair Robert Rojdestvenski və onun həyat yoldaşı Alla xanım idi. O, mənə əlini uzatdı və çox utancaq, küt nəzərlə baxaraq dedi: