Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 8

Шрифт
Интервал


Müğənni heç vaxt zəmanənin tələbinə uyğun olan aldadıcı dəbin arxasınca qaçmadı, pərəstişkarların qılığına girib onlara yalançı musiqi təqdim etmədi, həmişə sənətinə, səsinə, vicdanına inandı və bu, qabiliyyəti sayəsində milyonların ürəyini fəth etdi, sevgisini qazandı. Ağzına qədər tamaşaçılarla dolu olan möhtəşəm konsert salonları və idman meydançaları, mühafizəni təşkil edən atlı polis dəstələri, ümmanlar qədər gül-çiçək dəstələri, müxtəlif əfsanə, dedi-qodu, qeybətlə zəngin olan mifoloji və mini məişət tarixçələri, ailə hekayələri, bahalı avtomobillər, dəbdəbəli mehmanxanalar.

Daima soy kökünə sadiq qalan müğənni bütün bunlarla öyünmədi, təkəbbürlük nümayiş etdirmədi, heç kimə yuxarıdan aşağı baxmadı, ayıqcasına daxili aləminə və qüdrətinə əsaslanaraq hərəkət etdi, birsözlə, necə var idisə eləcə də yoluna davam gətirdi. Bu, yüksək keyfiyyətlər və alicənablıq onu bütün ömrü boyu müşayiət etdi. Məsələn, Müslüm Maqomayev kinorejissor Aleksandr Zarxinin çəkdiyi “Anna Karenina” filmində Vronsko obrazını ifa etməyə dəvət olundu, lakin o, bundan imtina etdi. Amma çox keçmədi ki, kinorejissor Eldar Quliyevin “Nizami” filmində Şeyx Nizami obrazını oynamağa razılıq verdi və çox gözəl, yadda qalan, parlaq Nizami Gəncəvi surətini ərsəyə gətirdi.

Müslüm Maqomayevdə olan istedad, zəka, qabiliyyət hər deyən bir adamda cəmlənmir. Sözün həqiqi mənasında, hərtərəfli inkişaf edən bu, şəxsiyyət insanlara qarşı bir o qədər mehriban, xoşxasiyyət, old diqqətli, kömək əli uzadan və tliubi.ə Babasının yolunu davam etdirmək arzusunda olan Müslüm Maqomayev yalnız bunlarla kifayətlənmədi… O, nəinki bəstəkar, müğənni, pianoçu oldu, o həm də gözəl fırça ustası, yüksək səviyyəli aktyor, görkəmli nasir kimi tarixdə iz qoydu, adını qızıl hərflərlə mədəniyyət, incəsənət salnaməsinə yazdırdı .

Sovet erasının məşhur, tanınmış və görkəmli inəsənət xadimi İnnokenti Mixayloviç Smoktunovski zamanında müğənni üçün xoşagələn, ürəyəyatan, fərəhli fikir söylədi:

“Müslüm Maqomayev birdən, dərhal məşhurluq qazandı. Bu, çox böyük şöhrətdi və uzun müddətlidi… Mən həmişə onun üçün darıxıram və səbirsizliklə yeni görüşləri gözləyirəm. Gözləyirəm eşidim və görüm ki, özünün çoxsaylı pərəstişkarları üçün bu, təəcüblü, nadir istedad və zəka sahibi yeni nə gətirəcəkdi.”