Где, когда и как родился мугам - страница 2

Шрифт
Интервал


Bütün bunlar muğam ifaçılığının ən vacib atributlarından sayılır. Aşkar edilənlər müəllifə əsas verir ki, Azərbaycan ictimai fikrində indiyə qədər dominantlıq edən – guya muğam orta əsrlərin məhsulu olub, islamdan, ərəbdən, farsdan, əfqandan iqtibasdır – yanlış fikirləri rədd edib, muğamın və bütün sadalanan ona xidmət elementlərinin öz kökləri ilə tarixöncəki dövrə gedib çıxdığını əminliklə vurğulasın. Çoxlu təkzibolunmaz dəlillərlə sübut edilir ki, onların yaradıcısı da, digərlərinə ötürücüsü də türkün əcdadıdır. Muğamın da və adları çəkilən musiqi alətlərinin də kimdənsə iqtibasından söhbət gedə bilməz. Onların ilkin sahibi türkdür. Belə ki, indiki İraqda qalıqları qalan Allah “melçesi” (ocağı) Ziqquratdan (Cıqqur at) tapılmış gil yazılı daş qəbalə türk dilindədir və orada uşşaq muğamının adına dörd dəfə rast gəlinir. Bütün bunlar müəllifə ilk dəfə muğamın şəcərə ağacını da, onun mərkəzdənqaçma (“Şumerdən” “sapma”) fizika qanunu əsasında dünyaya yayılma xəritəsini də tərtib etməyə imkan verir.

Lap son dövrlərdə oxuduğu lyapis-lazuri lövhəsinə həkk edilmiş dörd adam fiquruna və mixi yazıların məzmununa söykənən müəllifə əski Babildə, Ete elində və Turanda uluların Muğam Akademiyasına malik olduqlarından və orada gənc mütəxəssis vokalistlərə muğamı tədris etdiklərindən geniş söhbət açmağa imkan verir. Lövhədəki motivasiya müəlliməsinin əlindən tutaraq, ali savadlı muğam ustasının yanına gətirdiyi gənc tələbə qızın və anun anasının fiqurları qədim dinamik muğam ustalarının emosiyalarını bütün çalarları ilə özündə əks etdirir. Müəllimə ustaddan qızı dinləyib, ana məsləhətlər verməsini xahiş edir. İlk dəfə oxucu üç Azərbaycan muğam ifaçısının şəkli ilə tanış olmaqla yanaşı, Ustadın öz dilindən enən iki Azərbaycan muğamının (Dağuna və Demüz) əski adlarını da, onlara xas xüsusiyyətləri də məhz bu lövhədən öyrənəcək. Muğamlar barədəki xarakterik çalarlar çox qisa olsa da, 4200 illik tarixin qatlarını yara biliblər.

Kitabın növbəti fəsilləri ayrı-ayrı muğam növlərinin doğulma səbəblərinə, yarandıqları təbiət hadisələrinə və cəmiyyət gerçəkliklərinə həsr edilib. Müəyyən olunub ki, adları indiyə qədər ərəbcə, farsca açılmalarına səy göstərildiyindən mənşəəcə bizə yadlaşdırılan muğamlar barədəki məlumatlar uydurmadan başqa bir şey deyil. U yalanlar öz növbəsində bu unikal, zəngin musiqi dünyasını nonsensliyə sürükləyib. Muğamlarımızın çoxunun adları əslində təmiz türkcədir və buna diqqət yetirməmək çoxlu yanlışılıqlara gətirib çıxarıb. Bu adlardan yola çıxaraq, onlar barədə həyati gerçəklikəri açmaq mümükündür. Məs., simayi şəms (Günəşin siması (üzü) və ya səthi) əcdadların allah sandıqları Günəş səthində baş verən qasırğalardan; mahur və ya mahur-hindi muğamı ulularımızın digər allahları Mərdukun göylərdə törətdiyi bərqvurma, gurultu, səma çaxnaşmaları və yağış və dolu yağdırmalarından; Dağuna (heyratı) yenə də zəlzələ allahı Mərdukun yerdə həyata keçirdiyi od püskürmələrindən törəyiblər. Ona görə də müəllif onları bir salxımın zingirtələri tək bir sapdan asaraq, yaratdığı qrupu həm də “Mərduk muğamları” adlandırır.