Где, когда и как родился мугам - страница 24

Шрифт
Интервал


Şəkildəki bir detalı da xüsusi vurğulamaq gərək. Bu sözlərlə mən, muğam ustasının dəbdəbəli, bahalı əbasının altından çıxan sağ əlində musiqi alətini andıran dörddişli əşyaya işarə edirəm. Parıltısından təsəvvür yaranır ki, detal qızıldan tökülmədir. Son illər bərpa edilən Azərbaycan musiqi alətləri arasında ona bənzəri varsa, qoy mütəxəssislər öz sözlərini desinlər. Əfsus ki, mən onları o qədər də tanımıram. İnternetdə də məlumat azdır. O cür musiqi aləti yoxdursa, ona dörddişli kamerton da demək olar hələlik. Bəlkə elə doğrudan da indi ikidişli kimi tanınan – orekstrə və xora start vermək üçün yarımtonu tapmaq məqsədilə geniş işlədilən kamertondur. Mətndə aparılan söhbət də onu nümayiş etdirməyin vacibliyini ortaya atır. Çünki gənc müğənni özünün vokal imkanlarını yoxlatmaq üçün maestroya müraciət edir.

Müəyyən düşüncələrdən sonra qərara gəldik ki, şəklin təsviri və ondan çıxan nəticələr tam həqiqət olsa da, iki sətirdə verilmiş əski mətnin açılışında, yəni ilkin tərcümədə məntiq azdır. Əgər kimsə oxumaq istəyirsə, vacib deyil ki, o həmişə səsini yüksək tonda saxlasın (mətndə I seqment). Bu, nəhayətdə səs tellərinə qansızması və səsin xırıltılı çıxmasına gətitrib çıxarır. II seqmentdə isə Dim və ya Dəmin Bəm (pəs) ilə əvəz edilməsi də vacib deyil. İşarələr təmiz oxunur və buna görə də “müzi”ni musiqi kimi anlamaqda da səhv var. Odur ki, əslində Daguna`nı Tağanula, Dim`i Bəmlə dəyişmək olmaz.

Конец ознакомительного фрагмента.