Где, когда и как родился мугам - страница 23

Шрифт
Интервал


(qadının) kübar cəmiyyətə aid olduğu həm paltarının, həm gentacının (termin mənimdir – şlyapasının-T.A.) forma və bahalığından sezilir. A (qadın – Əcdad kitabında [10] dilimiz üçün qadın cinsi əvəzliyi kimi işlətməyi təklif edirik – T.A.) da, maestro kimi qat-qat tikilmiş çoxsəviyyəli paltardadır. Kürsüdəkinin dövrünə məxsus görünür, çox bahalı gentacı (şlyapası), çiyinlərinə tökülmüş uzun, qıvrım saçları, Qarabağ xanəndələrinə məxsus dolu ovurdları və kök buxağı, qalın bığları onun musiqi ustaları arasındakı yüksək səlahiyyətindən və cəmiyyətdəki nəcib statusundan xəbər verir.

Müəlliməsi ilə yanaşı gənc tələbə qızı görünür, anası da müşaiyət edir. A əlındə ya dəridən hazırlanmış, ya da rəngli ipdən toxunmuş qadın çantası (“vedrə” – Noqeyrol) tutmuşdur. Əsər yüksək texnologiya və sənərkarlıqla yonulduğundan arxadakı iki fiqur bir-birinə çox oxşayır və ikincinin yaşlı sifəti dediklərimizi – anun qızın anası olduğu fikrini – təsdiqləyir. Ana və müəllimə xanəndəlik sənətinə yenicə ayaq basmaq istəyən qızın vokal imkanlarını məşhur maestroya göstərməyi qərarlaşdırıblar. Kübarlığı şübhə doğurmayan müəllim, azacıq sonra mətndən enən məlumatdan görcəyimiz kimi, dövrünün məşhur muğam ustasıdır. Şəklin təbii olduğuna şübhə yoxdur. Yəni, əsər özündə vaxtilə mövcud olmuş tanınmış şəxslərin obrazlarını əks etdirir. O, elə-belə, xəyal məhsulu deyil. Bu mənada dediklərimiz doğrudursa, bir fakt adamın hisslərini göynədir ki, maestronun adı lyapis lövhəsinə qazılmayıb. Əks təqdirdə, biz ilkin muğam ifaçısının, hətta professorun səsini eşitməsək də, heç olmasa, üzünü gördüyümüz kimi, adını da bilərdik. Bu, Cabbar Qaryağdıoğludan başlandığını iddia etdiyimiz muğam sənətimizə dörd minillik ilkin ustadımızın adını qızıl hərflərlə əlavə etməyə imkan verərdi.

Buradaca qeyd etmək lazımdır ki, onları özününküləşdirmək yolunda tədbirlər görülməlidir. Bunun üçün maestronun, qarşısındakı qadın həmkarının və anun dərs dediyi gənc qızın aydın görünən şəkilləri əsasında portret ustası məşhur rəssam Fəxrəddin Əlinin yaradacağı əkslərini Bakıda Beynəlxalq muğam məbədindən asmaqla, onları bizim ulu sənətkarlar kimi dünyaya təqdim etmək haqqımız var düşünürəm. Mən onların şəkillərini bu kitabda “İlkin muğam ustalarımız” adı altında ayrıca verdiyim kimi.