Xalq yazıçısı Anar özünün təhtəlşüur yaddaşı ilə sanki Cıqqur Ata işarə edir:
“Muğamat Şərqin, Cənubun səması, məhz inci-inci ulduzlarla süslənmiş Doğu-Güney asimanı altında ifa olunmaq üçün naqil edilmişdir”.
Xalq artisti Əlibaba Məmmədov isə “Muğamat bizim xalqa Allah vergisidir” deyir.
Hər ikisi ən böyük tarixi həqiqəti söyləyir. “Naqil edilmişdir” və “Allah vergisidir” ifadələri böyük bir tarixi Həqiqətin inikasıdır. Onları təsdiqləyərək biz də deyirik ki,
Muğamat xalqın təbiət möcüzələrinə və onları törədən qüvvələrə, həmçinin təkcə öz nəslini deyil, bütöv cəmiyyəti, yəni, həm də bir qandan olmayan ən müxtəlif tayfa konqlemeratlarını da ədalətlə idarə etmiş zadəgan (elit) türk nəsillərinə itihiaf olunmuş himnidir. Bu himn vasitəsilə o (əcdad), Rəbbə; Şəməşə-Şəmsə, yəni Günəşə; Od allahı Ahuraya; Şimşək, ildırım, dağuna (dağıtma) allahı Mərduka, Bahar, urzu və sevgi ilahəsi İstərə öz məhəbbətini izhar edirdi. Məhz həmin məbədin tavanından əks-sədayla ulularımız muğam üstündə göylərə səs atıblar, allaha dua-san göndəriblər, ona lütfi-kərəm ediblər. O, insanın bütün varlığı ilə paklığa can atımının bu həyati zərurətindən, cəmiyyətin dürri yoldakı axtarışlarının vacibliyindən, xalqın göylərə qovuşmaqla arzusuna çatmaq həsrətindən, onu əhatələmiş Təbiətdə mütləq baş verən obyektiv reallıqları və transformasiyaları dərk etməsindən yaranıb.
Muğam əcdad təfəkkürünün Təbiət fonunda baş verən təbii təkamülünün məhsuludur.
Onu əhatə edən mühitin musiqi dili ilə ifadə tərzidir.
Məhz buna görə də u avaz, u səs Təbiətin hər guşəsində yarana bilmir. Təbiət hadisələrinin inikası olan muğam özü bəzən İnanca çevrilirdi. Ulularımızın “Narahat etdiyimiz üçün keç günahımızdan, Ya Rəbb, Ya Barı, Ulu Yaradan! deyə-deyə, Allah qapısın ehtiyatla, xof içində çalmağın min illik ənənəsi azacıq modifikasiyalara vardırılsa da, bu günə kimi bütün konfessiya və dinlərdə saxlanılıb, yaşayır, fəaliyyət göstərir. İnsan insandı, “Dünya gör-götür dünaysı…”
Aşağıda şəklini verdiyimiz və üstündəki mixi yazılarının sirrini açdığımız silindr dediklərimizə sübutdur. Silindrdə hər biri 25 sətir olan ayrı-ayrı mövzuda iki mətn qazılmışdır. O müasir dövrdə tikilən tarixə qovuşacaq binaların özülündə gizlədilən və gələcəyə informasiya ötürən kapsul funskiyasını daşıyıb. Tam açmadığımız, ancaq məğzini ümumən anladığımız I mətnin sətirlərindən belə bəlli olur ki, yazı, Cıqqır At məbədini hansı ildə tikmək barədədir. Mətndə illərin təbii xüsusiyyətləri zodiaklara görə sadalanaraq qeyd edilir ki, məbədin hansı ildə tikilməsi vacib şərtdir ki, o əbədilik qala bilsin. Onun sirrlərini tam oxuya bilmədiyimiz üçün, hələlik çap eləmirik.