Gözlərimin işığında. şerlər - страница 8

Шрифт
Интервал


Yollara çıxmazsan vaxtsız, baxtabaxt,
Mən səni şam ilə gəzirəm, aşıq.
Hünərdi əldə saz girmək meydana,
Qoşma, təcnis demək mərdi – mərdana…
Sənin tək aşığı doğmaz hər ana,
Demə, yoruluram, bezirəm, aşıq.
Vahidin qələmi itidir hələ,
Bağlayıb könlünü şerə, qəzələ.
Allahın yolunda cani-dil ilə,
Mən də hər çətinə dözürəm, aşıq.
27.10.2018

Su həmən sudu…

Sən hara gedirsən ay keçən günüm,
Söndürüb içimdə alovu-odu,
Ömrümünn üstündən mey içən günüm,
Nəyim var fəxr edəm, olanım budu.
Varmış bu dünyanın min xeyri, şəri,
Gah ağa elədi, gah da sərsəri…
Qatdı cərgəsinə köç edənlərin,
Qalan izlərimi yağışlar yudu.
Nur səpdi çəmənə qara buludlar,
Su içib canlandı saralan otlar.
Bəs niyə Vahidin dizini qatlar,
Boyuma boy verməz, su həmən sudu.
07.10..2018

Çox qəmgin ötmə

Zaman tələ qurur insan oğluna,
Heyif, tələsinə çox bədbaxt düşür.
Kimə yaraşıqlı boy-buxun verir,
Kimin qismətinə qızıl taxt düşür.
Zaman uşaq kimi tovlayır bizi,
Qaçırıq, ovçu tək qovlayır bizi,
Bir gün bir bərədə ovlayır bizi,
Girinə ya qafil, ya sərvaxt düşür.
Ay Vahid, zamanla çək – çevir etmə,
Gününü baha sat, ucuza getmə…
Bülbül tək sızlama, çox qəmgin ötmə,
Könlü şad olana gözəl baxt düşür…
11.10..2018

Adİl Şükürova həsr edİrəm

Xəbər gəldi, bahar dönüb dağlara,
Gül bülbülə, bülbül gülə qarışıb.
Xoş sədalar bürüyübdü hər yanı,
Şirin sözlər şirin dilə qarışıb.
Ogul gördüm vallah Sizi hünərdə,
Ad qoydunuz neçə kənddə, şəhərdə…
Bu xəbərdən cuşa gəlib Tərtər də,
Coşqun sellər coşqun selə qarşııb.
Kəlbəcərin şir ürəkli şir oğlu,
Soylu, köklü, səsi, sözü gur oğlu,
Cəsarətdə, nəciblikdə bir oğlu,
Dağ vüqarı düz əmələ qarışıb!
Şan – şöhrətdi elimizə bu zəfər,
Qəlbimizə sevinc doldu Göy qədər…
Yetirəcək yəqin sizə bir səhər,
Təbrikimiz əsən yelə qarışıb.
11.10.,2018
Bakı.

Qəzəl

Aşiqi məst edər ülfət, meyə nə hacət olur?
Mey olan yerdə könül, meyçiyə itaət olur.
Qədərindən də əzizdir mənə hikmət dolu söz,
Söz əgər qəlbə yatırsa, ürəyim rahət olur.
Dürlü söz axtarıram dəryada ya düzdə ola,
Gəzərəm, baxmaram, billahi neçə saət olur…
Qoyma əğyarı gələ, könlünü bərbad eliyə,
Əğyarın qəlbi qara, gördüyü iş qarət olur.
Bu da bir sirri-xudadır, iki qəlb olsa yaxın,
Vahida, dadlı, şirin söhbət olur, ülfət olur.
12.10..2018

Üştübün

Üştübün kəndi


«Qalibi insanə bir ruhi rəvandır Üştübün» (1)
Daima tazə tərdir, tər növcavandır Üştübün.
Zövqü, səfası ayrıdır, əhdə vəfası ayrıdır,