Gözlərimin işığında. şerlər - страница 9

Шрифт
Интервал


Tutub cənnətdə məkan, cənnətməkandır Üştübün.
Rumidən Şamə qədər hər kişi ondan danışır,
Adı dillərdə olan Azərbaycandır Üştübün.
Canım Nəbati babam uyuyur gül qucağında,
Gül gülə həmdəm olub, güllü cahandır Üştübün.
Qədəmin olar mübarək, Vahida, etsən ziyarət,
Adına, həm özünə sohrətdir, sandir Üştübün…
1.Misra Seyid Əbülqasim Nəbatinindir
16.10..2018

Könül, qəm eləmə payız yetİşdİ…

Könül, qəm eləmə payız yetişdi,
Yaşıl yarpaqları soldurub gedər…
Süzər gül qoxulu şirin şərbəti,
Büllur badələri doldurub gedər
Tənha cığırları alar duman, çən
İçdikcə şəbnəmi məst olar çəmən;
Xəfif səhər mehi əsdikcə hərdən,
Ağappaq örpəyi qaldırıb gedər.
Həzin layla çalar payız suları,
Oyadar könüldə xoş duyğyları;
Yığar cəvərənə heyvanı, narı,
Alma budaqların yoldurub gedər.
Qızıl libasını geyinər meşə,
Bənzəyər zirvəyə qonan Günəşə,
Köçən durnalardan yamaca, döşə
Bəmbəyaz lələklər saldırıb gedər.
Açılar al – əlvan payız gülləri,
Bəzəyər təzədən bəyaz əlləri,
Axıdar düzlərə coşqun selləri,
Vahidi ürəkdən güldüb gedər…
18.10..2018

Gəldİ

Bu səhər üzümə güldü sonbahar,
Həzin bir təbəssüm dodağa gəldi.
Üfüqdən boylandı qırmızı Günəş,
Şəkili ağappaq yanağa gəldi.
Yarpaqlar budaqda alışdı, yandı,
Küçələr al – əlvan nura boyandı…
Alagöz gözəllər tezdən oyandı,
Sənəklə, kuzəylə bulağa gəldi.
Çəpərin üstündə sarmaşıq gülü,
Bəxtəvər elədi gözü, könülü…
Dəcəl sərçələrin açıldı dili,
Ciggilti sədası qulağa gəldi.
Ay Vahid, şirindi, dadlıdı həyat,
Xəzan da bahar tək qurur toy – büsat,
Dayanma, vaxt gedir, sən də yaz – yarat,
Bəlkə, bir gün ellər sorağa gəldi.
19.10.2018

Amanat kİşİ

Vahid Çəmənli, Amanat kişi, Ərəstun müəllim


Təzədən tanıdım mən bu yay səni,
Oturduq səninlə bir saat, kişi.
Uçduq ömrümüzün xoş anlarına,
Açdıq xəyallarda qol-qanad, kişi.
Mən cocuq, sən isə ər oğlu ərdin,
Kolxozda çox böyük işlər görərdin.
Dəmir köhlənlərə həyat verərdin,
Cənnətə dönərdi bağ-bağat, kişi.
Dilimdə əzbərdi Çəmənli adı,
Hamısı qohumdu, eldi, obadı…
Qalıb damağımda bal kimi dadı,
Turş nar da olurdu marmelad, kişi.
Keçmisən zamanın sınaqlarından,
Yayın istisindən, qışın qarından…
Hamı söhbət açır etibarından,
Qoymusan yurdunda yaxşı ad, kişi.
Ömrü sovurmadın tufana, yelə.
Səksənə çatmısan, gümrahsan hələ,
Doxsanda, yüzdə də qal elə belə,
Allah amanında, Amanat kişi.
Kim durub inciyər bu nəcib dostdan,
De görüm dururmu o bağ, o bostan?..