Mən sadə yolçuyam - страница 2

Шрифт
Интервал



Mənə göstərdikləri səmimi münasibətə görə, hal – hazırda Taleh Nuruyevin rəhbərliyi ilə Ziyəddin İsgəndərov adına Çəmənli kənd orta məktəbində çalışan müəllim kollektivinə öz minnətdarlığımı bildirirəm.

İçimdə şerə, sənətə maraq oyadan sevimli müəllimim, Çəmənlimin gözəl şairi Şahmar Əkbərzadəyə minnətdaram.

Mənə mənəvi dəstək olan sevimli sinif yoldaşlarım Nizami Bayramova, Rəfiqə Rüstəmovaya, Allahverən Əliyevə, Çingiz Baxşəliyevə, Akif Abışova, Rafiq Piriyevə, Şahin Günəşliyə, Kamal Alışova, Esmira xanıma… minnətdaram.

Ərəstin müəllim, – sevimli müəllimlərimdən biri olan Sabir müəllimin şərəfli işini ləyaqətlə davam etdirən oğlu, – sizə minnətdaram. Mənə rəhm edib, tənqid etmirsiniz.


Ömrümün son 20 ilinin sadiq dostu, mənim «Nə ömürdü yaşadım» şerlər kitabımın ərəsəyə gəlməsində maddi, mənəvi dəstək olan Mahir Hacıyev – Sənə minnətdaram. O kitab olmasaydı, bu kitab da olmazdı.

Mənə böyük dəstək olan qürbətdə yaşayan dostlarım Adil Danilova, Camal Abdullayevə dərin minnətdarlığımı bildirirəm.

İncə zövqlü dostum Mayıl Adilov, mənim cızmaqaralarıma dəyər verdiyiniz üçün Sizə minnətdaram.

Hörmətli Doktor Müşfiq Mirzəyev, bir yazar kimi mənə dəyər verdiyiniz üçün Sizə minnətdaram.

Yazar insanın ailə üzvü olmaq çox çətindir. Əziz həyat yoldaşım Təranə xanım, oğlanlarım Valeh, Aydın, gəlinim Mətanət xanım, – Sizə həsr eləməli olduğum vaxtımı yazmağa həsr etdim. Sizə olan sevgimi şer dediyim cızmaqaralarımla bölüşdüm. Məni əfv edin.

Sizin Vahid.

Yol daşı

Hikmətdən nurlanar şairin sözü,

Yığar öz nuruna yarı, yoldaşı.

Duyanlar aqildir,

Duymayanlara,

Anlada bilməzsən, istər yol daşı. *


Dirənib yenə də qoşa əl üzə,

Xəyal dünyasında qoşa əl üzə…

İnsan öz yolundan çətin əl üzə,

Ömrünə Cənnətə gedən yol daşı. **


Vahid bu dünyada nəyi qazandı?

Günləri, ayları qaynar qazandı.

Kim dedi, dostuna quyu qazandı?

Olaram yolunun üstə yol daşı…

23.04.2019


*. Daşın üstündəki otu yolmaq

**. Cənnətin yolunu önünə sərmək

Topa bulud gəzİr başımın üstə

Topa bulud gəzir başımın üstə

Atır gah bahara, gah qışa məni.

Hər gün yaş yığılır yaşımın üstə,

Gah bərkə bənd edir, gah boşa məni.


Yeddi qat göylərdə uçur xəyalım,

Süzülür qədəhə şərbətim, balım.

Elimin, obamın qadasın alım,

Buraxın yurdumla baş – başa məni.


Gəldi üstümüzə bəla hər yandan,

Namərdəm, keçməsəm bir qaşıq qandan…