Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 37

Шрифт
Интервал


Müslüm qələmə aldığı “Melodiya, mənim məhəbbətimdi” adlı memuar monoqrafiyada anası ilə bağlı məqamlara çox ehtiyatla toxunurdu. Hətta, bəzən hiss olunurdu ki, müğənni anasını müdafiə edir, ona haqq qazandırmağa çalışır. Bu, təbii qəbul olunmalıdı , çünki Ayşət xanım onun anası idi. Oğulun anaya bu cür, münasibət sərgiləməsinin bünövrəsində daxili duyğular, ruhi bağlılıq, kökdən gələn impuluslar, ən əsası isə irsi əlamətlərı yrhıli.

“Müharibədən sonrakı vəziyyət elə gətirdi ki, anam ikinci dəfə ailə qurmalı oldu. Bununla bağlı mən onu gunahlandıra bilmərəm. O, dram aktirisası idi, daima Rusiyanın şəhərlərində köçəri həyat tərzi keçirirdi, heç vaxt uzun müddət bir teatrda fəaliyyət göstərmirdi”, -deyərək, -Müslüm xatirələr kitabında yazırdı.

Nəyin necə baş verməsindən asılı olmayaraq uzun ayrılıqdan sonra ana və oğul yenidən bir-birinə qovuşurlar. Onların sonradan necə barışması haqqında Ayşət xanımın çimkəndli rəfiqələri xəbərsiz idilər. Lakin Ayşət xanım oğlunun və gəlininin necə yaşaması, onu necə qarşılaması və onun gəlişi münasibəti ilə nə cür süfrə açmaları, ona necə hədiyyələr rim vəs. haqqında böyük qürurla, razılıqla danışırdı. Tamara Sinyavskaya tərəfindən ona hədiyyə olunan paltarı yeri gəlmişkən

“O, (Ayşət xanım: -C.P.) hər il Yeni ili, əsasən də, “Mavi işığı” böyük səbirsizliklə gözləyirdi. O, gözləyirdi ki, nə vaxt oğlu (Müslüm : -C.P.) oxuyacaq. Hamı artıq yatırdı, amma o, səhər saat 4-ə kimi otururdu və xahiş edirdi ki, taksi çağırmayaq. Gözləyirdi… Nə vaxt Müslüm oxuyacaq?! Son dəqiqəyə kimi gozləyirdi! O, elan olunduqdan sonra Ayşət xanım donub qalırdı. Onun ekranda görünməsindən sonra ana göz yaşlarını saxlaya bilmirdi. O, oxuyurdu, ana isə göz yaşlarına qərq olurdu.”

Tale Ayşət xanımı 1971-ci ildə Murmansk şəhərinə, vilayət dram teatrına gətirib çıxarır. Həmin vaxt bu teatra rejissor Vasiliy Kiselyov rəhbərlik edirdi. Ayşət xanımın Murmansk Dram Teatrında fəaliyyəti çox uzun olmur. O, 1978-ci ildə teatr fəaliyyətini birdəfəlik dayandırır. Onun yüksək istedadı, insanpərvərliyi, sadəliyi, qabiliyyəti və başqa müsbət keyfiyyətləri ilə yaxından tanış olan səhnə yoldaşları Ayşət xanım haqqında ağız dolusu danışmağı xoşlayırdılar.

Yura və qızı Tanya uzun müddət analarının yanında, Murmansk şəhərində yaşamışlar. Oğlu Yura əsl, köklü murmanskili idi. O, da anası Ayşət xanım, qardaşı Müslüm kimi incəsənətə, musiqiyə, səhnəyə bağlı, birsözlə, musiqiçi idi. Yura Maqomayev Kolski adasının müxtəlif musiqi qruplarında iştirak etmişdi.