Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 38

Шрифт
Интервал


Ananın Müslümə olan məhəbbəti onu bir an belə tərk etmirdi. Həyatın görünməyən və görünən tərəfləri heç zaman bir-birini tamamlamır, əksinə, bunlar arasında mütəmadi olaraq bir ziddiyyət, bir təzad yaşanır, hökm sürür. Müslümə olan ana hissiyyatı Ayşət xanımı mütəəssir formada, faciəvi şəkildə durmadan, daima izləmişdi, bir saniyə sərbəst buraxmamışdı. Başqa bir tərəfdən isə Ayşət xanım Müslümün anası olduğunu nümayiş etdirməkdən həmişə çəkinmişdi. O, yaxşı anlayırdı ki, bunu bilən hər kəs istər-istəməz ona oğlu ilə bağlı müxtəlif suallar ünvanlaya bilər. Bu, sualları cavablandırmaq isə göründüyü kimi bir o qədər də, asan olmayacaqdı .

Ayşət xanım ikinci dəfə ailə həyatı qursa da, ilk həyat yoldaşı Məhəmmədin və böyük oğlu Müslümün familiyasını: -Maqomayev soyadını ömrünün sonunamı daşdı. Onun ikinci ərindən olan oğlu Yura səhnəyə Maqomayev kimi gəlib və bu gün də həmin familiyanı yaşadır. Əldə etdiyim informasiyaya görə Yura Maqomayev 2012-ci ildə anasının vaxtilə fəaliyyət gostərdiyi Murmansk Vilayət Dövlət Dram Teatrında solo konsert proqramı ilə çıxış etmişdi…

Azərbaycanla, Azərbaycan xalqı ilə, o cümlədən bu müqəddəs torpaq ilə bağlı münasibətlərinə aydınlıq gətirən Ayşət xanım həmişə qürurla deyərdi:

“Mən və oğlum Müslüm azərbaycanlıyıq və belə də dünyanı tərk edəcəyik. Bunu dəfələrlə elan etmişik və bir daha elan edirik: biz bir azərbaycanlı kimi bu torpağa, bu xalqa, onun səmimi adamlarına həmişə borçluyuq!”

Ayşət xanım Əhməd qızı Maqomayeva 2003-cü ildə Murmansk şəhərində birdəfəlik həyata göz yumdu və orda da dəfn olundu. Bu, ailənin dəfn olunduqları əraziləri xəritə üzərində qələmlə birləşdirsək böyük bir üçbucaq almış olarıq. Ata Məhəmməd Polşanın Hoyne qardaşlıq, ana Ayşət xanım Rusiyanın Murmansk şəhər qəbiristanlıqlarında dəfn olunduqları halda, onların övladları Müslüm çox sevdiyi doğma Azərbaycanda, onun paytaxtı möhtəşəm və qədim Bakı şəhərində, Fəxri Xiyabanda, babası Əbdül- Müslüm Maqomayevin və əmisi Cəmaləddin Maqomayevin yanında uyuyur. Allah hər üçünə rəhmət etsin! Amen!

Tamara İlyiniçna Sinyavskaya (1943)

(Muslum Maqomayevin həyat yoldashı)

Keçmis S SRİ-nin və Rusiya Federasiyasının opera müğənnisi, metso – soprano səsin görkəmli nümayəndələrindən biri, SSRİ Xalq artisti (1982), 1964-cü ildən “Böyük teatr”ın solisti, nüfuzlu Sofiya, Verve və Moskva Beynəlxalq vokalçılar müsabiqələrinin qalibi, P.İ.Çaykovski adına IV Beynəlxalq müsabiqənin