2010-cu ilin oktyabr ayının 25-də Moskvada, Müslüm Maqomayevin şərəfinə Vokalçıların Birinci Beynəlxalq müsabiqəsi keçirildi. Həmin müsabiqədə çıxış edən Tamara Sinyavskaya demişdi:
“Müslüm Maqomayev, həm opera, həm də estrada səhnəsində kral idi. Buna görə də müsabiqə çox gərgin olacaqdı, çünki, həm opera müğənnisi, həm müzikl və neapolitan mahnılarının ifaçısı, həm də estrada janrının mahir ustası kimi çox geniş diapazonlu səs imkanlarına malik olan musiqiçi tapmaq olduqca çətindi…”.
Mətbuat konfransında iştirak edən Müslüm Maqomayevin “Mədəni-Musiqi İrsi Fondu” nun təsisçisi, həmyerlimiz Araz Ağalarov isə fikrini qısa və yığcam ifadə edərək demişdi:
“Bu, bizim hamımız üçün və şəxsən mənim üçün böyük şərəf və xoşbəxtlikdi. Hesab edirəm ki, Müslüm Maqomayev üçün görülə biləcək ən böyük iş elə budu”.
Tamara İlyiniçnaya həsr olunan bu bölməni, Müslüm Maqomayevlə Tamara Sinyavskayanın birgə, duet şəklində ifa etdikləri məşhur və unudulmaz “Ey əziz anam, Azərbaycan” mahnısının Azərbaycan və Rus dillərindəki variantını misal gətirməklə tamamlairamaq istə:
Ey əziz anam, Azərbaycan!
Ey əziz anam, Azərbaycan,
Sənə bağlıyam, Azərbaycan.
Ömrümün mənasısan, Azərbaycan,
Qardaşlıq dünyasısan, Azərbaycan,
Anamın anasısan, Azərbaycan.
Ömrümün mənasısan, Azərbaycan,
Qardaşlıq dünyasısan, Azərbaycan,
Anamın anasısan, Azərbaycan.
Baharlı yurdum, Azərbaycan,
Çinarlı yurdum, Azərbaycan.
Sənsən eşqim, zəfərim, Azərbaycan,
Çağlayan Kür, Xəzərim, Azərbaycan,
Günəşli al səhərim, Azərbaycan,
Sənsən eşqim, zəfərim, Azərbaycan,
Çağlayan Kür, Xəzərim, Azərbaycan,
Günəşli al səhərim, Azərbaycan,
Ты меня зовешь, Азербайджан.
Ты во мне поешь, Азербайджан.
Как огни твои светлы, Азербайджан.
Как слова твои теплы, Азербайджан.
Ты звезда моей судьбы, Азербайджан.
Ты звезда моей судьбы, Азербайджан.
Ey əziz anam, Azərbaycan!
Bu mahnı, həmçinin, bu mahnının necə yaranması, o cümlədən mahnının bu iki görkəmli, təkrarolunmaz müğənnilər tərəfindən ifa olunması barədə sonrakı fəsillərdə daha geniş və müfəssəl söhbət açacam .
İKİNCİ
FƏSİL
AZƏRBAYCANDAN DÜNYAYA YAYILAN AVAZ...
SSRİ Xalq artisti, bir çox beynəlxalq festivalların laueratı, opera və estrada müğənnisi, bəstəkar, pianoçu Müslüm Məhəmməd oğlu Maqomayev 17 avqust 1942-ci ildə Azərbaycanın paytaxtı qədim Bakı şəhərində, Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan musiqisinin banilərindən biri, “Əməkdar incəsənət xadimi”, dirijor, pianoçu Əbdül-Müslüm Maqomayevin ailəsində dünyaya goz açmışdı.