Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 46

Шрифт
Интервал


       Tam əminliklə deyə bilərəm ki, Müslümün uşaqlıq illərinə bu cür yanaşan Ayşət xanım yalnız özünü müdafiə etmək, özünə bəraət qazanmaq prinsipini qarşısına əsas məqsəd olaraq qoymuş və sözsüz ki, nisbətən də olsa rəfiqələrini buna inandırmağa nail olmuşdu, ən azından, mən bu cür düşünürəm. Çünki həmin zaman kəsiyində Ayşət xanımın rəfiqələri Bakıda cərəyan edən ictimai-siyasi proseslər, Müslümün ailəsi və azərbaycanlı uşaqların mövcud durumları haqqında məlumatlı deyildilər. Məhz, buna görə də, onların Ayşət xanımın bu çəfəngiyyatına inanmaqdan başqa ayrı çarələri qalmırdı. Əgər gətirilən bəhanələri əsaslar üzərində analitik təhlil etmiş olsam aşağıdakı nəticəni əldə edə bilərəm:

       1.Müslüm Maqomayev həyət dostları haqqında heç vaxt mənfi fikirdə olmayıbdı, əksinə, müğənni onlar haqqında daima xoş düşüncələr səsləndirib , hətta, böyüyüb boya-başa çatdıqdan sonra imkan daxilində onlarla əlaqə saxlayıb, görüşüb və dostluğunu davam etdiribdi. Ayşət xanım bəzi müsahibələrində əvvəl didiklərini unudaraq oğlunun həyət yoldaşları, yaşadığı məhəl müxtəlif mənfi, qeyri-real fikirlər Əgər onun (Ayşət xanımın: -C.P.) dedikləri, -doğru olsaydı, Müslümün dostları və məhəllə yoldaşları: P. Bülbüloğlu, A.Babel, İ.Kozlovski, İ.Aktyamov, V.Vasilyev və başqaları pis yola gedərdilər;

       2.Müslümün dediklərindən aydın görünür ki, onun ev “İvan Qroznu”su hesab etdiyi Camal əmisi və onun savadlı, diqqətçil həyat yoldaşı, Mariya İvanovna Ayşət xanımdan fərqli olaraq heç vaxt Müslümün pis uşaqlarla əlaqədə olmasına imkan verməzdilər. Ümumiyyətlə, bu, qayğıkeş və tələbkar insanlar çoxsaylı fikirlərində bir dəfə də olsun Müslümün pis uşaqlara qoşulduğunu dillərinə gətirməmişdilər. O ki, qaldı kiçik Müslümün əzab-əziyyət içində böyüməsinə, bu, fikir tamamilə və kökündən yanlışdı. Həmin dövrdə, yüksək vəzifədə çalışan Cəmaləddin Maqomayev, uşağa ən yaxın və doğma olan Baydagül xanım və istiqanlı Mariya İvanovna buna yol verə bilməzdilər. Çox illər keçdikdən sonra Müslümün nənəsi Baydagül xanımı xatırlaması, qiyabi və gec də olsa ondan üzr istəməsi, Mura xalanı (Maria İvanovnanı: -C.P.) xoş təəssüratlarla yad etməsi Müslümün isti və doğma əllərdə olmasından, o cümlədən böyük diqqət və qayğı ilə əhatə olunmasından xəbər verən fakt kimi qəbul olunmalıdı ;