3.Ayşət xanım kiçik Müslümü ata ailəsindən ayıranda onun cəmi üç yaşı var idi. Üç yaşında uşaq heç vaxt küçədə tənha qala, pis vərdişlərlə məşğul ola və dələduzlara qoşula bilməzdi. Cəfəngiyyat… Mənasız bir fikir… Elə deyilmi? Axı üç yaşında uşaq pisin və ya yaxşının nə olduğunu tam mənada anlamadığı bir halda necə bu cür işlərə qurşana bilərdi? Sadəcə olaraq bunların hamısı bəhanədən başqa ayrı cür başa düşülməməlidi;
“Bağışla məni nənə. İndi mən başa düşürəm ki, uşaqlıq illəri hara gedir, həmçinin, anlayıram ki, biz uşaqlıqda kimi sevmirik, kim ki, bizə diqqətini, qayğısını və xoş sözlərini əsirgəmir, biz onlara ərköyün münasibət göstəririk, o isə həmişəlik və birdəfəlik səma və dəniz kimi hara isə axıb gedir…”, -deyərək, -Müslüm xatırlayırdı.
4.Hormətli oxucular! Bu, monoqrafiyanı mütaliə edərkən Müslümün dostları haqqında daha dürüst və daha ətraflı informasiya alacaqsınız və bir daha əmin olacaqsınız ki, Bakının bu gözəl məhəlləsində, Müslümlə birlikdə böyüyən uşaqların hamısı zaman keçdikcə ali təhsil almış, istedadlı, qabiliyyətli, tərbiyəli insanlar olaraq cəmiyyətə inteqrasiya olmuş, həyatda layiqli mövqe tutmuş, birsözlə, özlərini təsdiqləmişdilər.
Müslümün uşaqlıq dövrü, əsasən də, anası Ayşət xanımın yanında yaşadığı dövr bir o qədər yaxşı, keşməkeşli, ürəkaçan olmamışdı. Müslüm atasını xatırlamırdı və xatırlaya da bilməzdi, çünki onun atası Müslümün üç yaşı tamam olmayanda alman faşistləri ilə Berlin ətrafında gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. Muslum atasını lap körpə olanda görmüşdü. Bu, isə ona atası haqqında nə isə bir fikir deməyə imkan verə bilməzdi.
Məhəmmədin ölümündən dərhal sonra Ayşət xanımın təhsil dalınca getməsini, doğma, körpə balasını qayğısız qoymasını və ikinci dəfə ailə həyatı qurmasını yüksələn xətt üzrə araşdırası olsam hamıya yaxşı məlum olan bir təmayülün “şəxsi marağın” şahidi olaram. Baxmayaraq ki, Müslüm anasını ikinci dəfə ailə həyatı qurmaqda günahlandır mırdı. Ancaq Ayşət xanım bu cür qınağa, bəlkə də, bundan artığına çox layiq idi. Əlbəttə, bu, mənim subyektiv fikirim kimi başa düşülməlidi…
Həmin vaxt balaca Müslüm əmisi Camalın və nənəsi Baydagül xanımın himayəsi al tında xoşbəxt yaşayırdı, özü də çox xoşbəxt yaşayırdı. Sual oluna bilər ki, valideyin qay ğısı və diqqəti olmadan xoşbəxt yaşamaq olarmı? Əlbəttə, bu, suala birmənalı cavab vermək çox çətindi. Amma mövcud vəziyyəti nəzərə alaraq tam əminliklə demək olar ki, diqqətsiz, kimsəsiz, tənha, ehtiyac içində yaşamaqla müqayisədə, bu cür həyat xoşbəxt bil hesab ol. Təmiz və səliqəli geyinmək, vaxtlı-vaxtında qidalanmaq, isti və bəyaz yorğan-döşəkdə yatmaq, məktəbli ləvzimatları və kitablarla təmin olunmaq, ən yaxşı şə hər məktəblərindən birində təhsil almaq və s. söylədiyim fikirlərin təsdiqi və bariz nümunəsi kimi qəbul oluna bilər.