Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 53

Шрифт
Интервал


       Müslümdə teatra olan maraq tezliklə üzə çıxır və bu oğlan uşaqlara kukla tamaşası hazırlamaq ideyasını verir. Həmin vaxt artıq o, kağızdan və palçıqdan müəyən fiqurlar hazırlamağı bacarırdı. Onun bu, istedadı çoxda böyük olmayan “Petruşka” tamaşası üçün kukla hazırlamaqda çətinlik yaratmır. Uşaqlar poct qutuları əldə edirlər və onlardan səhnə düzəldərək tamaşaya mövzu yazır və ipə bağlanmış marionetkalar ilə on dəqiqəlik qısa səhnəcik oynay. Balacalar istəyirlər ki, onlarda hər şey əsl teatrda olduğu kimi alınsın. Bu, məqsədlə onlar bilet üçün “pul” alırlar, əlbəttə ki, rəngli “konfet” kağzlarından..

       Vışniy Voloçokda Müslüm təxminən bir ilə yaxın yaşayır və anası Ayşət xanımın qərarı ilə yenidən musiqi təhsilini davam etdirmək üçün Bakıya qaytarıl. Çox keçmir ki, Ayşət Əhməd qızı ikinci dəfə ərə gedir, yeni ailə yaranır. Ayşət xanım şəxsi maraqlarını övladının həyatından üstün hesab etdiyi üçün Müslümü Bakıya gondərir. Ayşət xanımın yeni nigahdan Yura və Tanya adlı iki övladı dünyaya gəlir. Bununla da, Müslümün həyatda ana bir qardaşı və bacısı olur.

       Həyat yoldaşını müharibədə itirən Ayşət xanım teatr karyerasını və şəxsi həyatını davam etdirmək məqsədilə oğlu Müslümü əmisi Cəmaləddinin və nənəsi Baydagül xanımın ixtiyarına verir. Əmisi balaca Müslümü musiqi təhsili almaq üçün xüsusi məktəbə qoyur. O, Bakı Konservatoriyasının nəzdində fəaliyyət göstərən musiqi məktəbində fortepiano sinifində təhsil almağa başlayır. Uşaqda olan istedadı görən Bakı Konservatoriyasının professoru, violonçelist V.T.Anşeloviç onunla xüsusən maraqlanır və Müslümə ayrıca dərs verməyə başlayır. Beləki, məktəbdə vokal sinifi yox idi.

       Müslüm 1956-cı ildə, Asəf Zeynallı adına Bakı musiqi məktəbinə daxil olur. O, burda sayılıb seçilən musiqi müəllimləri: Aleksandr Akimoviç Milovanov və onun çoxillik konsertmeyestri Tamara İsidorovna Kretinqtdən dörd il fasiləsiz dərs alır.

       Müğənninin həyatında ən vacib mərhələ “Gənc Karuzo” filminə baxmasından sonra başlayır. Həmin filmdə, böyük neapollunu dövrünün görkəmli müğənnisi Mario del Monako səsləndirir. Əmisi Cəmaləddinin bağ evində Müslüm hər gün ən yaxşı trofey , köhnə və yeni, hələ ekranlara çıxmayan filmlərə baxa bilirdi. O, burda Lolita Torresin iştirakı ilə çəkilən “Sevimli ariya”, “Təlxək və yaxud hoqqabaz”, “Tarzan” filimlərini görür. Onun uşaqlıq illəri, həm xoş, həm də maraqlı, məzmunlu və mənalı keçir. Musiqi məktəbində təhsil almaqla yanaşı, həmçinin, Müslüm mahnı oxumağa böyük maraq və həvəs gostərir. Bu sətirlərdən bir daha aydın olur ki