Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 52

Шрифт
Интервал


       Gətirdiyim arqument və faktlara əsaslanaraq tam əminliklə deyə bilərəm ki, bəzi çe-çen jurnalistlərinin söylədikləri fikirlər uydurma, yalan və cəfəngiyyatdan başqay biil. Çeçenistan jurnalistləri, bu cür uydurmaları mətbuat səhifələrində yaymaqla nəvə Müslüm Maqomayevə psixoloji və mənəvi təsir göstərib müğənnini özləri tərəfə çəkmək, Çeçenistana aparmaq istəyirdilər. Bu, barədə xatirələr kitabında Müslümün yazdığı məlumatlar fikirlərimlə eynilik təşkil edir və üst-üstə düşür.

       Müslüm yazırdı: “Babamın xəstələnməsi və vəfatı ilə bağlı nənəmin danışığını eşidən Camal əmim gülərdi və söz verərdi ki, nə vaxt təqaüdə çıxsa memuar yazmağa başlayacaq. Ancaq çox təəssüflər olsun ki, ölüm Cəmaləddin Maqomayevə bu istəyini reallaşdırmağa imkan vermədi”.

       Yeddi yaşlı Müslümü 1949-cu ildə Bakı Konservatoriyasının nəzdində fəaliyyət gostərən onillik-musiqi məktəbinə qoyurlar. Bu, məktəbə daxil olmaq üçün bir meyar mövcud idi: təbii istedad. Həmin məktəb və orda dərs deyən çox gözəl, istedadlı pedaqoq-müəllim heyəti ilə bağlı Müslümün yaddaşında-coğrafiya fənnindən və ingilis dilindən dərs deyən Arkadi Lvoviç və musiqi savadı verən Aron İzrailoviç daha çox qalmışdı.

       Müslümün nadir səsi haqqında ilk dəfə onun səkkiz yaşı tamam olanda xəbər tutublar. Həmin vaxt gələcəyin ulduzu xor ilə birlikdə çox səylə, ciddi cəhdlə “Yat mənim sevincim, yuxuya get” mahnısını ifa edirmiş. Bu, zaman müəllimə bütün uşaqlara susmaq işarəsi verir. Özünü eşitməyən, nadir, təmiz və güclü uşaq səsi ilə Müslüm oxumağına davam edir. Həmin zaman o, təsəvvürünə, belə, gətirə bilməzdi ki, bu onun birinci solosu ağıla gəlməyən, mümkün olmayan yüksəlişə doğru aparan yolun, pillənin başlanığıcı idi. Müslüm böyük inamla vurğulayırdı ki, “bu nadir və məlahətli səs ona anasından, musiqi istedadı, musiqi qabiliyyəti isə maqomayevlərdən gəlibdi”. Müğənninin yüksək zirvəyə çatmasında, sözsüz ki, böyüdüyü ailənin, musiqi məktəbinin, konservatoriyanın, təcrübə keçdiyi opera səhnəsinin, ən əsası isə, Bakı mühitinin özünəməxsus ənənəsi mühüm rol oynamışdı.

       Müslümün təqribən doqquz yaşı olanda anası onu Vışniy Voloçoka, teatrda işlədiyi şəhərə aparır. Müslüm əvvəlcə onun nəzər diqqətini cəlb edən səliqəli bu rus şəhərciyini və onun sadəlövh insanlarını sevir, onlara bağlanır. Bu oğlan ilk dəfə burda, həqiqi rus qəlbinin nə oldugunu anlayır. Balaca Müslüm ilk məşğuliyyətini musiqi məktəbinin pedaqoq u V.M.Şulqina ilə davam etdirir. Bu qadın son dərəcə gözəl, ağıllı, səbrli, istedadlı bir müəllimə olaraq Müslümə xüsusi diqqət yetirir. Müəllimə məktəbdən başqa, həm də şəhər dram teatrında musiqi tərtibatçısı kimi fəaliyyət göstərir, həm də teatr üçün musiqi seçir, onları işləyib hazırlamaqla məşğul olur, tədris müəssisələrindən birində xor dərnəyinə rəhbərlik edirdi. Müslümün xatirələrinə əsaslanaraq demək olar ki, bir dəfə Valentina Mixaylovna Şulqina AS Puşkinin “Anjelo” tamaşasına musiqi tərtibatı hazırlayanda doqquz yaşlı Müslümü orkestr üçün düzəldilmiş xüsusi çalada, royalın yanında otuzdurur. Müslüm, sanki bu xoşbəxtlikdən donub qalır-teatrı, onun şirin tozlu ətrini, pərdə arxası səsli və sakit anlarını, uzun sürən məşqlərini həmişvirəlik yadr saxlayı…