Tofiq Əhmədovun rəhbərliyi altında çıxış edən orkestrlə Müslüm Helsinkidə küçədə, zalda, birsözlə, harda gəldi çıxış edir. Nədənsə o, fin torpağında özünü daha rahat və həmişə olduğundan daha sakit hiss etməklə bahəm, həm də daha ecazkar səslə oxuyur. Festival başa çatdıqdan sonra Ümumittifaq Lenin Kommunist Gənclər Təşkilatı Mərkəzi Komitəsinin (ÜİLKGT MK-si: -C.P.) birinci katibi SP Pavlov fərqlənənlərə medallar verir. Onların arasında Müslüm Maqomayevin də adı var idi. Moskvaya qayıdan Maqomayev “Oqonyok” jurnalında belə bir qeydlə şəklini görür:
-“Bakıdan olan gənc dünyanı fəth edir”.
Artıq onu payızda Tofiq Əhmədovun orkestri ilə birlikdə Moskvaya, Mərkəzi Televiziyaya dəvət edirlər. Həmin verlişdən sonra Maqomayev daha çox tanınmağa başlayır. Helsinkidən Bakıya qayıdan Müslüm Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Ballet teatrında təcrübə keçməyə başlayır.
Zaman keçdikcə onun şöhrəti sərhədləri aşıb keçir. Xalq arasında belə bir deyim mövcuddu: “Tanınmış, varlı, adlı-sanlı insanların qohum-əqrəbası həmişə çox olur”. Bəzən elə olur ki, bu qəbildən olan insanları etnik baxımdan öz tərkiblərinə aid edirlər. Muslum Maqomayevlə də, belə bir hal baş verir.
Bu həqiqətdirmi?
Hazır ki, vəziyyətdə belə bir suala cavab verməkdə Müslümün özündən başqa kiməsə istinad etmək yersiz olardı. Çünki söhbət dünya şöhrətli müğənnidən gedir. O, balaca olanda, atasını müharibədə itirir, əmisinin himayəsində yaşamalı olur, Azərbaycanda tə hsil alır, bu zaman heç kim onu itirib-axtarmır. Elə ki, müslüm yüksəlməyəyə, tanınmağa başlayır, həmən müslümü özünün ki, hesab edənlərin sayı çoxalmağa başlayır Görəsən o zaman müğənni bu haqda nə düşünürdü? Yaxşı olardı ki, bunu onun öz dilindən, daha doğrusu, onun xatirələrindən oxuyaq.
“Sonralar mənim həyatımda çeçen mövzusu yer almağa başladı. Hərşey Çeçenistana olan iki həftəlik qastrol səfərimdən sonra başladı. Qroznıdan Bakıya jurnalist Bəşir Çaxkiyev və onun iş yoldaşı gəldilər. Onlar mənim babam haqqında şəhərlərində muzey yaratmaq üçün material toplayırdılar. Əlbəttə, onlar mənimlə tanış oldular və təklif etdilər ki, onlarla gedim, Qroznı filarmoniysında işləyim, həmçinin, mənim babamın atası Məhəmmədin vətəni şolum tanı”.