Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 61

Шрифт
Интервал


       Mahmud təəccüb içində qaldı, hətta, məşhur papağını əzdi. Mən isə onun sualını cavablandıraraq dedim:

       Belə… Əgər sən demək istəyirsənsə mən milliyyətçə çeçenəm, bunu mən böyük inamla təsdiqləyə bilmərəm, çünki özüm düzünü bilmirəm. Ancaq dəqiq bilirəm ki, mənim vətənim Azərbaycandı, mən orda doğulmuşam. Bu , torpaq məni bəsləyib, tərbiyə edib. Bakıda mən təhsil almışam, şükürlər olsun ki, mən indi varam.”

       Mahmud Esambayev Müslümlə olan bu söhbətindən sonra bir müddət ondan incik, küsülü düşsə də, bu çox çəkmir. Zəmanənin böyük müğənnisi və rəqs ustası tezliklə barışırlar və onların dostluğu bərpa olunur. Ancaq çox təəssüflər olsun ki, Müslüm Mahmud Esambayevə dağlı Şamil haqqında bildiyi əfsanəni danışmır. Bəlkə, bundan sonra etnik mənsubiyyət baxımından Esambayevin özündə də müəyən fikir ayrılığı yarana bilərdi.

       Çeçenistandan gələn yeni “jurnalist-dostlarının” danışığına və vədlərinə inanan Müslüm həyat yoldaşı Ofeliya xanım ilə birlikdə Qroznı şəhərinə gəlirlər və yerli filarmoniyada işə başlayırlar. Bu zaman, Müslümün əmisi Camal dövləti işlə bağlı yeni təyinat alır. Cəmaləddin Maqomayevi Azərbaycanın Rusiyada daimi nümayəndəsi təyin edirlər. O, Moskvaya getməli və Bakıdakı mənzilini dövlətə qaytarmalı olur. Müslüm geniş və rahat mənzili dövlətə qaytarmaq istəyən əmisi Cəmaləddin haqqında ironiyasız deyirdi:

        “Sədaqətli və vicdanlı kommunist idi!”

       Xalq arasında belə bir deyim var ki, mütəəssir, həssas insanlar özlərinin erkən həyatını çox kiçik yaşlarından yadlarında saxlayırlar. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu xüsusiyyət hər kəsə nəsib olmur. Çünki bunun özündə, bir bəxt, bir tale, bir qanunauyğunluq yaşanır, hökm sürür, görsənir. Bu, nöqteyi-nəzərdən Müslümü tez təsirlənən, ürəyi yumşaq, həssas insanlar qrupuna aid etmək olar. Müğənni həyatda sübut etdi ki, həqiqətən o, gözü tox, qəlbi incə, daima kömək əli uzadan, heç kimin xətrinə dəyməyən, tez inciyən, nazikürək birsi Allah bolubndə. Məhz, buna görə də, müslün erkən yaş dövrünə, ümumiyyyyətlə, uşaqlıq illərinə səyahət etmək, olduqca maraqlın üstünə şın və aydınlıq gətir.

       O deyirdi: “Bilmirəm, bəlkə mən o qədər sentimentalam ki, erkən həyat tərzim, onu yadda saxlamağım haqqında danışıram. Mənim ilk duyğularımdan biri: küçə ilə birlikdə getdiyim dayə Qrunya xalanın yumşaq və isti əlləri olubdu. Uşağın dayə ilə gəzintiyə çıxması, həm yaxşı, həm də rahat olur. Bir dəfə, mən Qrunya xala ilə şəhərə gəzməyə çıxdım. Evdən buraxılmağımdan istifadə edən qarı məni kilsəyə apardı. İndiyə kimi titrəyən şamlar, təmtəraqlı pravoslav kilsəsi, yanan büxurun iyi yadımdan çıxmayıbdı. Sonralar mən mümkün ola bilən müxtəlif konfekssiya, ayin və mərasimlərin şahidi oldum. Ancaq rus kilsəsi həmişəlik yaddaşımda nağıl teremi kimi əbədi olaraq qaldı…”.