Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 62

Шрифт
Интервал


       Uşaqlıq illəri ilə bağlı Müslümün söylədiyi bəzi fikirləri bütün uşaqlara şamil etmək olar. Onlara elə gəlir ki, uşaqlıq illərini olduğu kimi xatırlaya bilirlər, amma həqiqətdə bu heç də belə deyil. Onların özləri haqqında danışdıqları sadə təxəyyülün məhsuludu, çünki beyinin özünün yadda saxlama, daha doğrusu, yada yazma prinsipləri mövcuddu və bu elm ilm ilsübdi. Ancaq Müslüm kimi iti zəkaya, phenomenal yaddaşa malik olan insanlar bu nöqteyi-nəzərdən, istisna təşkil edə bilərlər. Bu, yadda saxlamanı uşaqlıq dövrünün ilkin və ya orta mərhələsi kimi də qəbul etmək olar. Ushağa nağılların danışılması ilə, uşağın nağılları özünün oxuması arasında əməlli-başlı, xeyli zaman dayanır. Lakin burda, Müslümlə tamamilə razılaşmamaq qeyri-mümkündü. Onun fəlsəfi yaddaşa malik olması heç kim üçün sirr deyil. Bunu, həm də onun əzbərdən bildiyi və müxtəlif dillərdə səsləndirdiyi opera, ariya, operetta və çoxsaylı neopolitan, estrada və bəstəkar mahnıları sübut edir. O ki, qaldı dahi insanın uşaqlıq illərinə, burda çox xoş məqamlar, möcüzələr gizlənir. Odur ki, kiçik bir xatirəyə müraciət etmək, məncə, yerinə düşər. Müslüm yazırdı:

        “Gecələr dayə Qrunya mənə nağıl danışardı. Xoş məramlı, mərhəmətli, ürəyə yatan xalq nağılları. Sonralar mən oxumağı öyrəndim və Puşkinin nağıllarını oxudum. Puşkinin dayəsi Arina Rodionovna haqqında bildim. Nağıla olan məhəbbətim bugün də mövcuddu. Mən, Disneyin bütün filmlərini toplamışam. Ushaqlıq marağım yetkinlik yaşında artıq fantastikaya çevrildi. Axı, fantastika özü də nağıldı…”.

       Məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq Müslümlə bağlı bir çox maraqlı hadisələrin canlı iştirakçısı olarıq. Onun, babası Əbdül-Müslümdən yadigar qalan musiqi alətləri, əsasən də, skripka ilə olan rəftarı, nənəsi Baydagül xanımın sandığını açmaq istəməsi, onu tokla qorxutması, əmisi Cəmaləddinin xidməti tapançasını dolabdan götürüb məktəbə aparması, musiqi müəlliməsinin çantasından araq şüşəsini çıxartması və başqa bu kimi macəraları və ya minyətürvari hekayələri hər kəs üçün xoş bir xatirə, müğənninin uşaqlıq dövrünə kiçik bir səyahət kimi qəbul oluna bilər. O yazırdı:

        “Babamdan klarnet və skripka miras qalmışdı. Doğmalarım əvvəlcə mənim skripkada ifa etməyimi istəyirdilər. Mən, onda bildim ki, musiqinin sirlərini yenicə öyrənmək istəyən uşaq üçün skripka nə deməkdi. Skripka royal deyil ki, istədiyin toxmacığı və ya dili sıxasan, o da sənə səs versin. Skripkadan canlı səs əldə etmək üçün nə isə xüsusi hərəkət etməyi bacarmaq lazımdı. Əks halda yayı telə çəkməklə, sanki, mıxı şüşəyə sürtməkdən də, pis səs almaq olar”.