Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 72

Шрифт
Интервал


       Avropanın bütün ölkələrini say! Tez!

       Onun özü ingilis dilində çox yaxşı danışırdı. Çox sonralar mən müəllimimi vəfatından bir qədər öncə gördüm. Arkadi Lvoviç çoxdan təqaüddə idi, Leninqradda (Sankt -Peterburqda: -C.P.) yaşayırdı. Mən, şəhərə konsert proqramı ilə qastrola gəlmişdim, həmin zaman “Böyük teatr” Leninqradda səfərdə idi. Yadımdadı, mən restoranda şam yeməyi təşkil etdim, “Böyük teatr”ın bir neçə solistini və Arkadi Lvoviçi dəvət etdim. Şam yeməyi əla keçdi, çox yaxşı alındı…

       Başqa bir yaxşı pedaqoq isə Aron İzrailoviç idi. O, bizə musiqi savadı fənnindən dərs deyirdi. Ömrümün sonuna kimi bir məqamı heç vaxt yaddan çığartmayacam. Musiqi savadı haqqında hələ heç nə bilmirdik o, isə bizə deyirdi:

       Mən sizə deməyəcəm salam, uşaqlar! Əyləşin! Siz də mənə cavab olaraq deməyin: Salam, Aron İzrailoviç! Mən sizə deyəcəm:

       -Si-mi-lya-re-sol-do-fa . Siz isə mənə cavab verəcəksiniz Fa-do-sol-re-lya-mi-si.

       Bununla da biz həmişəlik yadda saxladıq ki, notun üzərində hansı diyes olmalıdı. Bizdə “oyunbaz, məsxərəçi, təlxək” qrupuna botanika müəlliməsi Yekaterina Minayevna daxil edilmişdi. Onun hərəkətlərində, sanki, qeyri-adilik var idi. Bu, müəllimənin mənə qarşı meyl gostərməsi hiss olunurdu. O, daima nəyi isə mənə irad tuturdu:

       -Maqomayev, sən nə edirsən?

       -Heç nə.

       -Nə lazımdı, onu elə!

       Nəyin lazım olduğunu və necə etməyi isə mən anlamırdım. On üç yaşım olanda mənim bığlarım çıxmağa başladı. Bir dəfə müəllimə mənə dedi:

       -Maqomayev niyə sənin bığların çıxmağa başlayıb?

       Bu, yaşlı qadının tamamilə azyaşlı oğlandan bunu soruşması mənim üçün qaranlıq qalırdı. Əlbəttə, mən qısa cavab verərək dedim:

       -Bilmirəm! Mən tanış kişidən soruşaram, nə edim ki, bığlar böyüməsin.

       Ən gülməli isə o idi ki, bizim müəllimənin bığcığı mənim bığımdan böyük idi”.

       Sözsüz ki, məktəbdə baş verən proseslər Müslümünn şəxsi baxış bucağı hesab oluna bilər. Çünki bəzən elə olur ki, məktəbdə bundan qat-qat, daha artıq, daha maraqlı və ya, əksinə, kifayət qədər başqa neqativ hallar yaşanır.

       1958-ci ildə “Böyük teatr” Bakıya qastrol səfərinə gəlir. Müslümün bu teatrla ilk tanışlığı məhz, həmin zamana təsadüf edir. Hamıya yaxşı bəlli idi ki, “Böyük teatr” sabiq SSRİ məkanında opera və balet sənətinin etalonu hesab olunurdu. Qeyd etmək yerinə düşər ki, sovetlər ölkəsində ən yaxşı opera müğənniləri və balet ustaları “Böyük teatr”da cəmlənirdi. Bu, teatr, sözün həqiqi mənasında, “Böyük” idi. Çünki opera və baletin məbə-di hesab olunan bu, mədəniyyət ocağı Avropanın