O, xatirələrində yazırdı: “Çoxda böyük səylə çalışmırdım. Məktəbli masası arxasında oturmaq mənim üçün biz üstündə oturmağa bərabər idi. Musiqi ilə məşğul olmaq tamam ilə başqa idi, çünki bu mənim xoşuma gəlirdi… Lakin riyaziyyat, bütün bu, formulalar, məchul və mötərzələr, ümumiyyətlə, nə isə oxumağa dözümüm, səbirim yox idi. İş o yerə çatmışdı ki, ümumtəhsil fənlər üzrə mənim üçün evə repetitor dəvət edirdilər. Onlardan biri riyaziyyatçı, yaxşı yadımdadı… Əla oğlan idi, eynəkli-ağıllı. O, mənə cəbrdən, ancaq mənim başımda öz düşüncələrim: musiqi və gəzmək dolanırdı. Bir qapıya oynamaq nəhayət riyaziyyat müəllimini bezdirdi.”
Müslümün səhlənkarlığı, riyaziyyat fənninə olan soyuq və laqeyid münasibət sonda riyaziyyat müəllimini dilə gətirir. Artıq hər şeyin mənasız olduğunu görən riyaziyyat müəllim Müsümə deyir: “Səndən heç vaxt riyaziyyatçı olmayacaq. Ona görə yox ki, sən kütsən, zəifsən. Sadəcə olaraq sən bununla heç zaman məşğul olmayacaqsan. Dəqiq elmlər sənin beyninə girmir. Lakin sən istəsən bunu edə bilərsən. Ancaq sən bunu istəmirsən. Buna görə də, gəl musiqi haqqında danışaq.”
Riyaziyyat müəllimi ilə aralarında olan söhbəti Müslüm belə xatırlayırdi:
“Biz saatlarla musiqi haqqInda danışırdıq. Mura xala görürdü ki, biz uzun müddət bir yerdə otururuq, ona görə də məni əmimə tərifləyərək deyirdi:
Bax, ciddi-cəhd, səy göstərir!”
Bütün zamanlarda, hər bir məktəbdə, pedaqoqlar arasında şagirdlərə doğma, yaxın münasibət bəsləyən, peşəsini mükəmməl bilən müəllimlərlə bərabər, həm də peşəsinə laqeyid və soyuq yanaşan müəllimlər olubdu. Bu, yoxlanılmış təcrübəni hər bir şagirdin təhsil aldığı məktəbə şamil etmək olar. Ona görə də, şagirdlər arasında fənn müəllimlərini doğma və ya ögey, yaxın və ya uzaq, bilikli və ya biliksiz, pis və ya yaxşı bu kimi müxtəbulif kateqoriyüalara brlürd. Burda, bir məqamı xüsusilə vurğulamaq lazımdı, ola bilməz ki, bir müəllim hamı üçün yaxşı və ya pis olsun. Sözsüz ki, bu məsələyə hər kəs öz fərdi və şəxsi münasibətlər bucağından yanaşmalıdı. Məhz, bu nöqteyi-nəzərdən Müslümün təhsil aldığı məktəb, həmçinin, pedaqoq kollektivi istisna təşkil edə bilməzdi.
Müslüm yazırdı: “Biz məktəbdə müəllimlərimiz həddən artıq ağıllı, ciddi, ürək sıxan, heç nədən razı olmayan, “təlxək, oyunbaz, məsxərəçi” və sair bu kimi dərəcələrə bölürdük. Bizdə, Arkadi Lvoviç adlı çox güclü, heyran doğuran bir müəllim var idi. O, bizə çoğrafiya və ingilis dilindən dərs deyirdi. Arkadi Lvovic deyirdi: