QIRMIZI ilə SELFİ - страница 6

Шрифт
Интервал


Olimpiya kompleksinin geyinib-soyunma otağında mənim dostlarım Ayxan və Nuru paltarlarını dəyişirdilər. Ayxan mənim əsas rəqibimdir. Çox güman ki, Bakı birinciliyində biz ikimiz finala çıxacağıq. Amma həmişəki kimi Ayxan yenə də geyinib-soyunma otağındakı iri güzgüdə öz əzələlərinə baxırdı.

Məşqçimiz Fateh soyunma otağına gəlib bizimlə salamlaşdı:

– Uşaqlar soyunmağa tələsməyin. Yenə də texniki problemlərdən belə soyuq havada suyu yaxşı qızdırmayıblar. Yarış qabağıdır, soyuqlayıb xəstələnərsiz… Bu qədər əziyyətimiz hədər gedər.