Читать Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli

Səni sevmək üçün gəldim dünyaya. Şeirlər

На данной странице вы можете читать онлайн книгу "Səni sevmək üçün gəldim dünyaya. Şeirlər" автора Vahid Çəmənli. Общий объем текста составляет эквивалент 45 бумажных страниц. Произведение многоплановое и затрагивает разнообразные темы, однако его жанр наиболее вероятно можно определить как стихи и поэзия. Книга была добавлена в библиотеку 09.08.2023, и с этой даты любой желающий может удобно читать ее без регистрации. Наша читалка адаптирована под разные размеры экранов, поэтому текст будет одинаково хорошо смотреться и на маленьком дисплее телефона, и на огромном телевизоре.

Краткое описание

Kitaba Azərbaycanlı şair-publisist Vahid Çəmənlinin son dövrlərdə yazdığı şeirlər və Rahib Məmmədovun xatirəsinə həsr olunan sənədli hekayə daxil edilmişdir.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Книга Səni sevmək üçün gəldim dünyaya. Şeirlər онлайн бесплатно


© Vahid Çəmənli, 2020


ISBN 978-5-4498-4622-8

Создано в интеллектуальной издательской системе Ridero


Hürİzad Xalamın əzİz xatİrəsinə həsr edİrəm


Mİnnətdarlıq

Ədəbi yaradıcılıq sahəsində həyatımın son dörd ilinin uğurlarına görə dostum, sinif yoldaşım, Çəmənlidə böyük hörmət sahibi olan, Məhərrəm əminin ocağının odqoruyanı Nizami Bayramova minnətdaram. Bu illər ərzində bir birininn ardınca «Bu yay da belə keçdi», «Gözlərimin işığında», «Bir fəqir yolçuyam», «Səni sevmək üçün gəldim dünyaya» adlı şeirlər kitabım işıq üzü gördü. Nizami olmasaydı, bu kitabların heç biri olmazdı. O məni öz kəndimə, öz dostlarıma, öz ruhuma qaytardı. Baxımsız qalıb dağlan evimin acısını çəkməyə qoymadı. Öz evində məni ev sahibi kimi qəbul etdi, ocağının başında oturtdu.

Mən səninlə fəxr edirəm, əziz dostum!

Yolçusuz yolların yolçusu

Mən Vahidi 70-ci illərin sonlarından, tələbə ikən tanıyırdım. Təbinə də bələd idim. Ağrısını, yanğısını da bilirdim. Son illərə kimi özündən, sözündən xəbərsiz idim.

Bu dəfə onu şeirlərindən tanıdım. Artıq şeirləri də özü kimi müdrikləşib. Şeirlərinin saçları da öz saçları kimi ağarıb. Mehribanlığı isə həmənki kimidi.

Vahid Çəmənlinin mənə təqdim etdiyi bu kitabdakı şeirləri onun indiyədək oxuduğum şeirlərindən üslub və yanaşması ilə fərqlənir. Son vaxtlar daha çox qoşmalar yazır. Yaxşı da alınır. Hansı formada yazmağın fərqi yoxdur. Əsas olan özünü lazımca ifadə etməkdir.

Vahidin şeirlərində məni ən çox özünə çəkən onun vətən mövzulu, vətən həsrətli şeirləridir. Bu bəlkə də çəkdiyimiz dərddən, ağrıdan doğur. Həsrətin, ayrılığın, hissin doğmalığından gəlir. İstənilən itki, yoxluq adamı ağrıdır. Yurd, vətən – Qarabağ itkisi isə tam başqadır.

Nə yaxşı ki, Vahidin doğulduğu Çəmənli kəndi işğal altında deyil. Vahid kəndinə gedə bilir. İlk addım atdığı torpağı yenidən addımlayır. O yollar, cığırlar onun uşaqlıq xatirələrini oyadır. Amma Vahid də Çəmənlidən əlini uzatsa çata biləsi Ağdama, Şuşaya, baba yurdu Kəlbəcərə hələ də həsrətlə baxır. Bu baxış Vahidin içini yandırır.


Vahidəm, fəryadım döndü ağıya,

Kim verdi fürsəti acgöz yağıya?

Cənnət məkanımı verib dığaya

Səhrada komalar tikirəm indi.


və ya

Əhvalın necədi, ay tənham, təkim?

Yolçusuz yollarım,

Dağılan səkim.

Sənin həsrətini nə qədər çəkim?

Yağının əlində əsir Ağdamım.

Vahidin bayrağa sevgisi də özünəməxsusdur:


Читайте также
Как приготовить оригинальную историю? Возьмите одного демона, поварите его на современной Земле, а потом нафаршируйте его душой тело подростка из др...
БЕЛЯНА: В Сильверград я переехала ради бабушкиного наследства – чайной лавки. У меня и в мыслях не было что-то покорять… или кого-то. Тем более всяк...
Вся наша жизнь, как говорят в народе, – игры во времени. Каждому времени своя игра. Буду счастлив, если читатель перевернёт, вздыхая, последнюю страни...
Сборник рассказов, юмористических миниатюр и философско-лирических эссе. Состоит из трех частей. «Непонятки» – эссе, миниатюры и зарисовки о человеке...
Vahid Çəmənli son bir neçə ay ərzində yazdığı yeni şerlər toplusu ilə yenə də görüşünüzə gəlmişdir. Öz kitabını «Gözlərimin işığında» adlandıran müəll...
Kitabda müəllifin son illərdə yazdığı şerlər və lirik lövhələr toplanmışdır. Əsərlər sadə xalq dilində yazılmışdır. Yaş məhdudiyyəti yoxdur.
Vahid Valeh oğlu Qasımov, – Vahid Çəmənli – 27 iyun 1956-cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. Vahid Çəmənli 1972-ci ildə Çəmənli...
Əziz oxucularım!«Mən sadə yolçuyum» kitabı ilə yenidən görüşünüzə gəlmişəm. Bu kitab ömrümün 63 – cü baharında açan bir çiçəkdir.Oxuyun, mənim qəlbimi...