Читать Adəmin lüğəti - Vahid Məmmədli

Adəmin lüğəti

На данной странице вы можете читать онлайн книгу "Adəmin lüğəti" автора Vahid Məmmədli. Общий объем текста составляет эквивалент 55 бумажных страниц. Произведение многоплановое и затрагивает разнообразные темы, однако его жанры наиболее вероятно можно определить как современная зарубежная литература, зарубежная образовательная литература. Книга была добавлена в библиотеку 24.03.2024, и с этой даты любой желающий может удобно читать ее без регистрации. Наша читалка адаптирована под разные размеры экранов, поэтому текст будет одинаково хорошо смотреться и на маленьком дисплее телефона, и на огромном телевизоре.

Краткое описание

Kitabda Vahid Məmmədlinin müxtəlif illərdə yazdığı hekayələrindən bir qismi toplanmışdır."Allah insanlarla yalnız bir dəfə – dünyanı yaradanda danışıb. O səs buludların arasından gəlirmiş. Sözlər də eynən mənim işlətdiyim kimi – bütövlükdə heç kimin, ayrı-ayrılıqda hər kəsin anladığı sözlər…"(Adəmin lüğəti)

Книга Adəmin lüğəti онлайн бесплатно



Kuzə


Nənə-babaları sağlığında görmək xoşbəxtlikdir. Mən yalnız gözümü dünyaya açandan bizimlə qalan Fatma nənəmi görmüşəm. Onun xoş siması həmişə gözümün önündədir. Bir uşaqlıq xatirəm isə heç vaxt yaddaşımdan silinməz.

Səkkiz yaşım vardı, yay tətilində idik. Məhəllə uşaqları ilə axşama kimi oyun oynamaqdan doymurduq, heç evə getmək istəmirdik. Mən tərləyib bərk soyuqlamışdım. Axşama hərarətim qalxdı, valideynlərim həkim çağırdılar. Həkim "Adi soyuqdəymədir" – deyib, hərarətsalan dərman verib getdi. Xəstələnməyimdən hamı narahat olsa da, nənəm heç yanımdan əl çəkmir, tez-tez dodaqlarını alnıma toxundurub hərarətim olub-olmadığını yoxlayır, əndişəsini gizlədə bilmirdi. Anam növbəti dəfə otağa qayıdanda nənəmin həyəcanla danışdığını eşitdim:

– Bu uşağa göz dəyib. Balam gözümüzün qabağında saralıb-solur. Məmməd icazə versəydi, onu sabah sübhdən Əhmədiyyə babanın ocağına aparardım. O ocaq balamı sağaldacaq.

Atam nənəmin məni ocağa aparmasına çox isti baxmasa da, sözünü yerə salmayıb razılıq verdi. Cibindən əlli manat da çıxarıb nənəmə uzatdı, “bunu da bizim hamımızın adından ocağa nəzir verərsən” – dedi.

Səhər erkəndən atamın sürücüsu artıq bizi gözləyirdi; nənəmlə mən Əhmədiyyə babanın ocağı yerləşdiyi Kərimbəyliyə yola düşdük. Sürücü uzanan kələ-kötür kənd yollarından gözünü çəkmədən elə hey deyinsə də, maşın bizi atıb-tutduqca nənəmlə mən arxa oturacaqda hər dəfə bir-birimizə sarılıb gülümsəyirdik.

Həyət darvazasının önündə bizi buxara papaqlı nurani bir qoca qarşıladı. Nənəm mənə onun Əhmədiyyə baba olduğunu dedi. Ocaq adlanan bu yer də əslində, Əhmədiyyə babanın evi idi.

– Ay sizin sabahlarınız xeyir. Gör bir kimi gətirmisən bizə, ay Fatma! Yəqin, Məmmədin kiçik oğludur bu? – deyə, baba təbəssümlə üzümə baxdı.

– Hə babası, naxoşdayıb, göz dəyib balama, – nənəm əmin idi ki, xəstələnməyimin səbəbi məhz bədnəzərdir.

– Nurlu uşaqdır. Pis gözlərə şiş batsın… Keçin içəri, – deyə Əhmədiyyə baba bizi evə dəvət etdi.

Sübh çağı olsa da, həyət artıq tərtəmiz süpürgələnmiş, xəfif su çilənmişdi. Hasar boyu sıra ilə əkilmiş daş palıd ağacları həyətə xüsusi gözəllik verirdi. Kələ-kötür kənd yollarından sonra buradakı səliqə-sahman ruhu oxşayırdı…

Həyətdən keçib evin pillələrinə çatanda şüşəbəndin qapısında Əhmədiyyə babanın arvadı Güldəstə nənə bizi gülər üzlə qarşıladı. Ən böyük otaqda baş tərəfdəki divar boyu sərilmiş döşəkçələrdə bardaş qurub oturduq.


Читайте также
Мир не может не поражать своим разнообразием. Музыка, как ничто иное демонстрирует нам огромный спектр красок душевной жизни каждого человека. Данный...
В этой книге собраны стихотворения вдовы, в хронологическом порядке. Здесь – преодоление боли разлуки, с Божьей помощью. Если думать не о себе, а о ду...
«Ребенок заболел! Что делать?!» – с этим вопросом сталкивается каждый родитель, порой, по несколько раз в год. Причиной для беспокойства может стать т...
Уникальный сборник редких и малоизвестных молитв великих святых и подвижников. Искренние, идущие от самого сердца и достигающие Бога, эти молитвы стан...
Uşaqlıqdan Qarabala ləqəbi ilə tanınan Nadirin, babası Nadirdən, atası Zakirdən fərqi ondadır ki,oturub-durduğu yaşca böyük dostları sayəsində böyüdüy...
Vahid Məmmədli özünün "Leyli və Məcnun" romanı ilə modern yeniliklərə tabe olan dünyanın önünə Eşq təlimi ilə çıxıb. Əsəri oxuyarkən şüurumuzda, şüura...
Vahid Məmmədli özünün "Leyli və Məcnun" romanı ilə modern yeniliklərə tabe olan dünyanın önünə Eşq təlimi ilə çıxıb. Əsəri oxuyarkən şüurumuzda, şüura...
Amerikanın tanınmış kitab redaktorlarından biri, Hollivudun senari yazarı Devid Ferris Vahid Məmmədlinin “Qırmızı ilə selfi” əsəri barədə yazdığı rəyd...
Milli kimliyi unutdurmağın ən effektiv üsulu mədəni kimliyi dəyişməkdi. Mədəni kimliyi dəyişməyin ən sınanmış yolu dili dəyişməkdən keçir. Çünki hər b...
Onunla dostluq etmək çətindir, çünki çox dürüstdür.Düşmən olmaq da mümkün deyil, çünki çox güclüdür.Dünya ədəbi elitasının ən çox oxuduğu Azərbaycanlı...
"Müqəddəs 44" hər iki Qarabağ müharibəsinə həsr olunmuş ən yaxşı əsərlərdən biri olmaqla yanaşı həm birinci, həm də ikinci Qarabağ müharibələrini bir...
Yazıçı Vahid Məmmədlinin qələminin məhsulu olan, Azərbaycanın, eləcə də bütün Türk dünyası və Şərqin ilk fentezi əsəri, qəhrəmanlıq eposu olan "Atropa...