Где, когда и как родился мугам - страница 21

Шрифт
Интервал


Dillərin öz aralarında sözdəyişmə prosesi millətlərin lap ilk təmas dövrlərindən yer almış təbii prosesdir. Amma eyni mixiyazılı şəkilçini bütün dillərə şamil etməyin özü, bu cür tərcümənin uydurma olduğuna qəti sübutdur. Bir anı da qeyd etmək vacibdir – əgər DUMU – dan sonra anlaşılmayan hər hansı söz və ya şəkilçi gəlirsə, o zaman onlar birlikdə, bu mətndə olduğu təki, bütün sadaladığım dillərdə “qız”a çevrilir. Yəni “qız” kimi tərcümə edilir. J.Nougayrol da DUMU.SAL`ı “hurrit” dili üçün də tam əminliklə qız kimi qəbul edir:


Daguna, the wet-nurse,

daughter of

Tisadimmuzi

the attendant


Az: Süd verən (əmizdirən) Daguna, Tisadimmuzinin qulluqçusunun qızıdır.


Mətn bizim modelləşdirmə və tərcüməmizdə aşağıdakı kimi səslənir:


M: I. Daguna amaga kuDUMU sal tisa

II. Dim muzi sal agrig


Lüğət və kommentarilər (LК):


I.Daguna – güman ki, tağanula —ırlamak – şakımak, oxumaq, tərənnüm etmək, bülübül tək ötmək, cəh-cəh vurmaq, zəngulə vurmaq;amaga – amaca —amac, qayə, məqsəd; 2) nişangah; amak (-kı) cəmdə, təkdəki umk —dərinlik, amakına nüfuz etmək – [işin] məğzinə varmaq;kuDUMU- kudumu – güdümü – güdürmü; birlikdə amaca gütmek – məqsəd güdmək;amaca güdümüu məqsədi güdürmü?Sal – salmaq, qatmaq, söhbət yüksək tonda səsdən gedir; tisa – şəksiz tiza – tiz1) hündür, kəskin, nüfuz edən; 2) mus. hündür, yuxarı not; birlikdə: Sal tizayuxarıdan, hündürdən götür (notu); yüksək notda oxu;

II.Dim – dəmbəm`ə – pəs`ə oxşayır; bəmbəmdən, astadan, yarımtonda oxumaq; Amma bəm deyil. Muzi – musiqi; sal —; agrig – ağrıq (xalq deyimi) – аğrıah-vay, qəm, kədər.

Bahar (İstər) bayramının ilk səhəri erdən Azərbaycan türkləri dəhnə, kəhriz, çay üstünə çıxıb, Baharın ilk müqəddəs sularında yuyunur, sonra onun üstündən hoppanaraq hündürdən: “Ağırrığım-buğurruğum bu su aşağı!”, deyə suya müraciət edirlər. Həmən ümid dolu ifadəni u günün axşamı Yeni fəsil – Yeni il bayram şərəfinə qalanmış ocaq alovlarının üstündən atılanda da qışqırır, lakin bu dəfə oda müraciətlə: “Ağırrığım-buğurruğum bu odda yansın!» nidasını edirlər.

Çoxlarının düşündüyü kimi, buradakı ağırrıqçəki, kütlə və ya massivlik deyil. Ağrı, kədər, qəm-qüssə, muun`dur (gil yazılı dövrünün adekvat məna daşıyan terminidir). Yazıdakı ağrıq burada bu anlamlarda işlədilib.

Lyapis-lazurdan hazırlanmış lövhədəki yazının işarələrini ayrıca deşifrə etməyə çalışaq: