Bu kiçik mətni tam dəqiqliyi ilə açmaq yolunda 3 mərhələ keçmişik. Onlar bir-birini rədd etsələr də, biz onların hər üç versiyasını burda işıqlandırmaqdan utanc duymadıq. Əksinə, dilimizin mixi yazılı sirrlərinin gələcək tədqiqatçılara çivi yazılardan son və təkmil cavab almaq yollarının çətin olduğunu, çətin olduqca da səbir tələb etdiyini göstərmək istədik. Beləliklə.
Yazı ilk baxışda belə məna verir:
Az: I. TAĞANULA AMACA GÜDÜMÜ (A, QIZ), SAL TİZƏ;
II. DƏM MÜZƏ SAL AĞRIK.
Tağanula amaca güdümü (Oxumaq məqsədi güdürsənsə), sal tizə (qalx zilə);
Dəm müzə sal ağrık (ağrı) (Dəm müsiqiyə ağrı qat).
Noqeyrolun (J.Nougayrol) açılışından belə anlamaq olur ki, biləyindən tutulub, kürsüdə oturan bəyin yanına gətirilən gənc qız (qadın), yəqin ki, hansı körpəyəsə öz döşlərindən süd vermək üçün təqdim edilir. Arxasınca gələn sonuncu qadının əlindəki vedrə isə – Nogeyrol qadının əlindəki çantanı belə təqdim edir – “süd sağılmaq üçün” gətirilib yəqin… Kahkəşanlı tariximiz bax beləcə predmetsiz yazılarla təhqir edilir, adımız səhifələrdən silinir, müdrik əcdadlarımızın ruhları üstündə kotanla şum çəkilir.
Müəllifin fikirncə, Böyük Britaniya muzeylərindən birində saxlanılan qiymətli lövhə Quzey Mesopotamiyanın və ya Suriyanın şimalından aşkar edilib. Bu yer coğrafi baxımdan vaxtilə orada öz dövlətlərini qurmuş ulu türklərin Ete eli adlandırdıqları ölkə ərazisi ilə eynidir. Lövhəni son Akkad dövrlərinə, yəni eramızdan əvvəl 2254-2154-cü illərə aid edirlər. Yəni ona təxminən 4300 il yaş verirlər. Bu yaş da dünənin məhsulu saydığımız dağunanın (heyratı) və demüzinin (segahın) təmiz sinni deyil. Əgər yazılan bu dövrdə onları musiqi akademiyalarında tədris edirdilərsə, deməli, onlar bu lövhəyə qədər uzun tarixi yol keçiblər.
Əmin olduğumuz kimi, lövəhinin kənarlarını bəzəyən eyni ilə təkrar olunmuş mətn təmiz türkcə səslənir və o musiqiyə həsr olunub. Solda qabartmalarla bəzədilmiş yüksək kürsüdə oturub, ayaqlarını yenə də qabartmalarla örtülmüş ayaq altlığına qoymuş nəcib kişini Nageire allah adlandırır. Əgər o allahdırsa, onun körpəsi haradan, və hətta əgər o varsa, ona niyə küçədən tutulub gətirlmiş kimsənə süd verməlidir? Məntiqsiz söz yığını.
Əslində alicənablığı ilə seçilən şəxs, öz zamanının Musiqi akademiyasına sahib müəllimdir. Burada allahlıqdan söhbət gedə bilməz. O onun həmkarı tərəfindən yanına tövsiyə üçün gətirlmiş gənc xanəndəyə məsləhət verir. Gəncin əlindən tutmuş qadın, yəqin ki, qızın vokal üzrə ya sinif, ya da ailəvi müəlliməsidir.