Talihəgilin 18 mənzilli bloklarında artıq səkkiz mənzili əcnəbilər kirayəyə götürmüşdülər. Ev yiyələri – onun jurnalist həmkarları imkansızlıq üzündən öz rahat mənzillərini kirayə yerməyə, özləri isə ya şəhərin ucqarında ey tutmağa, ya da yenidən valideynlərinin darısqal mənzillərinə sığınmağa məcbur olmuşdular. İndi belə bir təklif ona da edilirdi.
– Mən bu evi 15 il növbə gözləyəndən sonta almışam. Təsəvvür edirsənmi bu nə deməkdir? Bu, 15 il, 15 ay, 15 gün deyil ha! Hər ilin içində 365 gün var. Bu evi alanacan mən nəinki ayları, həftələri, hətta günləri saymışam. Bir balaca otaqda dörd baş ailə yaşamışıq. Taleh neçə illər döşəmədə, stolun altında yatıb ki, qızlar ondan utanmasın. Cəmi beş ildir ki, adam kimi yaşayırıq. Allah bunu da bizə çox görür?
Talihənin səsi titrədi, qəhərini boğmaq üçün susdu. Maralın günahkarcasına ona baxıb heç nə demədiyini görəndə səhvini anladı. Bunlan ona niyə deyirdi? Bəs Maral evi həmin əziyyətlə almamışdımı? O da Talihənin vəziyyətində deyildimi? Əcnəbinin təklifini ona çatdırdığına görə günahkar idimi?
Talihə bu dəfə üzünə mülayim ifadə verdi, evi vermək fikri olmadığını bildirdi. Sonra ordan-buradn söhbət salıb Maralın könlünü almağa çalışdı, amma onunla xudahafizləşib qızlan ilə evə gələndə adsız, ünvansız kədər yenə onu yaxaladı.Evdəkilərə hiss etdirmədən yatq otağına keçdi. Oradan çıxanda gözləri qızarmışdı.
Aygün diqqətlə ona baxıb heç nə demədi, artıq anasının belə halına adət etmişdi. Aytən isə özünə xas nəvazişlə:
Ma, nə olub ey? – dedi. Elə dedi ki, qızma yazığı gəldi. ‘‘Sənin kimi ana olar?”– deyə ürəyində özünü söydü. ‘‘Uşaqlara doyunca yemək yedirdə bilmirsən, paltar geyindirə bilmirsən, heç olmasa üzün gülsün. Yoxsa səhər-axşam üzündən zəhrimar yağır”. Özünü tox tutmağa, şən göstərməyə çalışdı, amma bu, çox suni alınırdı. Qəmli olduğun halda şən görünməyə çalışmaqdan çətin məşğuliyyət yoxdur. Amma Talihə rola girmişdi, özünə söz vermişdi ki, axıra kimi onu oynayacaq.
– Kim birnəfəsə “siz internasionallaşdırılmışlardansınızmı?” deyə bilər? – deyə o, qızlarından soruşdu. Aygünlə Aytən səylə həmin sözü deməyə çalışır, amma heç cür deyə bilmirdilər. Gülməli sözlər alınırdı. Hər üçü uğunub gedirdi. Sonra başqa, mənasız şeylərdən danışmağa başladılar. Heç nədən araya gülməli söz düşür, yenidən bir yerdə uğunub gedirdilər.