Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 2

Шрифт
Интервал


Müslüm Maqomayevin “Azərbaycan” haqqında bəstələdiyi və ifa etdiyi mahnı sevdiyi diyarın tarixinə, mədəniyyətinə, xalqının qonaqpərvərliyinə, təbiətinin gözəlliyinə, milli adət-ənənəsinə, insanlarının səmimiliyinə həsr olunan bir şah əsər hesab oluna bilər. Bu, mahnını ecazkar bariton səsi ilə oxuyan müğənni, nəğməyə yeni ruh, yeni temperament, yeni üslub, ümumiyyətlə, incə və möcüzəli musiqi ədviyyatı əlavə etməklə qulaq asanları bir anlıq qanadları arasına alaraq əbədiyyat dünyasına səyahətə aparır və yenidən hiss olunmadan, ehmalca əvvəlki yerlərinə qaytarır.

Müslüm Maqomayev şəxsiyyətinə və yaradıcılığına olan xalq sevgisini, o cümlədən mövzunun aktuallığını nəzərə alaraq monoqrafiya yazmaq qərarına gəldim. İnanıram ki, geniş oxucu auditoriyası böyük, dahi, görkəmli, təkrarolunmaz Azərbaycan oğlunun həyat və yaradıcılığında baş verən müxtəlif proseslər haqqında ətraflı, müfəssəl, sanballı, xoşagələn, zəngin informasiya əldə edəcək, həmçinin, bundan kifayət qədər, layiqincə bəhrələnə biləcəkdi.

Beli! Bir çox insanlar mahnı üçün doğulur. Bunu kim necə istəyirsə, qoy o cür də başa düşsün. Çünki hər kəs şəxsi fikirində müstəqildir. Ancaq mən, subyektiv fikrimi demək istəyirəm. Bu, cür dahiləri Böyük Yaradan insanları ecazkar səsin sehrinə salmaq üçün dünyaya bir əsrdə, bəlkə də, bir neçə əsrdə, hətta, bir minillikdə bir dəfə yaradır. Bu, qəbildən olan sənətkarlar həyatda çox az olsalar da, istedad, zəka və qabiliyyət sahibləri olaraq adlarını incəsənət və mədəniyyət tarixinin zəngin salnaməsinə qızıl hərflərlə yazdırmağı bacarıblar. Üzeyir Hacıbəyli, Əbdül Müslüm Maqomayev, Şövkət Məmmədova, Cabbar Qaryağdıoğlu, Bülbül (Murtuza Məmmədov) , Rəşid Behbutov, Lütviyar İmanov, Qara Qarayev, Müslüm Maqomayev (nəvə) , Vaqif Mustafazadə və başqaları əbədiyyətə qovuşsalar da Azərbaycanın muğam, opera, vokal, caz, mahnı və estrada janrının həqiqi ulduzları kimi tarixə adlarını əbədi yazdırıblar. Adlarını yüksək hörmət və ehtiramla sadaladığım sənətkarların heç biri indi həyatda yoxdur, ancaq onları sevənlərin qəlbində əbədi, daima yaşayırlar. Onların hər biri sağlığında olduğu kimi bu gün də xalq tərəfindən sevilir və parlayan dan ulduzu kimi qəbul olunurlar.

Lakin çox təəssüflər olsun ki, bu gün Azərbaycanın mahnı, vokal, caz, opera və estrada janrında, muğam istisna olmaqla, özlərini “ulduz” hesab edənlərin “çoxluq” təşkil etməsinə baxmayaraq, həqiqi ulduzların sayı bir neçə nəfərdi, yerdə qalan əksəriyyət çoxluq isə qəlp və ya saxtadır. İnsan yer üzünə gəldiyi ilk zamandan həyatının sonuna, yəni başlanğıcdan nəhayətə qədər daima bir məsləkə qulluq etməlidir. Bir aforizmdə, bu məsələ daha obyektiv və daha real formada öz qiymətini alır: “Ulduzdan ulduza çox fərq var”. Fransalı ser Lourensi Olivye bir dəfə çox maraqlı bir fikir irəli sürərək demişdi: “Biz ona öyrəşmişik ki, artistlər ulduz olmağa çalışırlar, ancaq indi ulduzlar artist olmağa can atırlar”.