Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 4

Шрифт
Интервал


Mərasimdə iştirak edənlərin hamısı peşəsindən və kimliyindən asılı olmayaraq Müslüm Maqomayevin nadir bir şəxsiyyət, görkəmli musiqiçi, təkrarolunmaz insan olmasından ürək dolusu danışırdı, ağrı-acısını bölüşürdü, çox heyifsilənirdi… Həmişə möhtəşəm və təmtəraqlı görünən, gurultulu alqışlara şahidlik edən Pyotr İliç Çaykovski adına Moskva Konsert Zalı bu gun matəmə qərq olmuşdu. Bu, zaman mikrofona yaxınlaşan İosif Kabzon bir anlıq bu, sükutu pozdu və dedi:

“Bu gün, bizim hər birimiz Müslümün qarşısında öz gunahını başa düşür. Biz bilirdik o, xəstədi və tənhalıqdan əziyyət çəkir. Ancaq onun həyatını uzatmaq üçün heç nə etmədik. İndi onu bizdən aparırlar, lakin onun irsi-səs yazıları bizə miras qalır. Musiqidə vahid ölçü mexanizmi mövcuddu: Müslüm . Qoy hər kəs özünü onunla müqayisə etsin.”

Müslüm Maqomayevlə vida zamanı “Orfey” onun axırıncı mahnısı oldu. Butun zal ayaga qalxmışdı! Nə vaxt ki, müğənninin tabutunu, onun nəşini təntənəli surətdə meydan ilə aparırdılar, pərəstişkarları onu alqış sədaları, qışqırıqları ilə “ bravo ”, -deyərək, -müşayiət edirdi, yola salırdı.

Təkrarolunmaz Müslüm Maqomayevlə vida mərasimi günü Moskva şəhər metropolitenində müğənninin: “Noktyurn”, “Hər şey üçün sənə minnətdaram”, “Azərbaycan”, “Qaranlıq gecə”, “Melodiya”, “ Bella, çao”, “Əbədi sonsuzluq”, “Buhenvald harayı”, “Mənim sevgim melodiyadı ”, “Pitersayağı”, “Salamat qal, Bakı” və başqa musiqi əsərləri səsləndirilirdi.

Bu gün, janrından asılı olmayaraq onun ifasında ekran və efirdən səslənən hər bir nəğmə əvvəlki illərdə olduğu kimi ürəkləri riqqətə gətirir, könülləri canlandırır, insanlara məlhəm, xoş təəssürat bəxş edir, eyni zamanda Müslümün yoxluğu onları üzür və ağrıdır. İnanırıq ki, Müslüm Maqomayevi sevən çoxsaylı yaşlı nəslin nümayəndələri həmin konsertləri böyük məhəbbət və sevgi ilə xatırlayırlar. Çünki opera, estrada, neopolitan, romans, caz və vokal sənətinin təkrarolunmaz ifaçısının hər bir konserti zamanında böyük əhval ruhiyyəyə, bayrama səbəb olurdu, sanki bu, konsertlər bir el şənliyinə çevrilirdi.

Ola bilsin oxucu auditoriyasında elələri tapılsın ki, mənim Müslüm Maqomayevin adının və soyadının qarşısında tez-tez işlətdiyim böyük, dahi, məşhur, görkəmli və sair bunlara oxşar yüksək epitet və ya bədii təyinləri düzgün anlamasın, başa düşməsin və buna daxili etirazını bildirsin, qiyabi üsyan etsin . Bunun mümkün olacağını əvvəlcədən bilərək oxuculara söyləmək istəyirəm ki, Müslüm Maqomayev bu, adlara layiq şəxsiyyət idi, çünki o, bu adları halal zəhməti, istedadı və tamaşaçıya, dinləyiciyə olan sonsuz məhəbbəti və sevgisi ilə qazanmışdı.