Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 3

Шрифт
Интервал


Müslüm Maqomayev artıq aramızda yoxdu və neçə ildi ki, möhtəşəm səhnələrdən, radio efirlərindən və televiziya ekranlarından pərəstişkarlarını canlı ifası ilə sevindirə bilmir, onlara yeni konsert proqramları, yeni mahnılar təqdim etmir, lakin bütün bunlara baxmayaraq o, dünyada əvvəllər olduğu kimi tanınır, sevilir və dinlənilir . Dünyanın heç bir yerində əsl müsiqi sevənlər, əsl bariton səsin ecazkar sehrindən ləzzət alanlar deyə bilməzlər ki, Müslüm Maqomayevi tanımırlar. Bu, ən azından, bu, sözü deyənə qəbahət hesab olunardı və o, rişğənd və istehza obyektinə çevrilə bilərdi. Opera, caz, romans, neopolitan , vokal və estrada mahnılarının təkrarolunmaz mahir ifaçısı, bəstəkar, pianoçu, istedadı sərhəd tanımayan milyonların sevimlisi və sənəmi 2008-ci ilin bir payız günündə dünyaya əbədi əlvida dedi və əbədiyyət dünyasına qovuşdu.

28 oktyabr 2008-ci ildə, Rusiya ictimaiyyəti böyük və dahi Müslüm Maqomayevlə vidalaşmaq üçün, düz 45 il əvvəl dahi müğənninin ilk solo konserti keçirilən Pyotr İliç Çaykovski adına Moskva Konsert Zalına axışmağa başladılar. Bunların arasında kimlər yox idi ki: həmyerlimizi yaxşı tanıyan, onunla yaradıcılıq uğurlarını bölüşən musiqiçilər, Rusiya incəsənəti və mədəniyyətinin ən görkəmli nümayəndələri, o cümlədən müğənninin dostları və sadə musiqi həvəskarları çoxluq təşkil edirdilər. Müğənninin həyat yoldaşı Tamara İlyiniçna Sinyavskaya ilə bu ağrını bölüşməyə Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev , bəstəkar Aleksandra Paxmutova , şair Nikolay Dobronravov, müğənnilər İosif Kobzon, Zurab Sotkilava, Tamara Qvertsiteli, Alla Puqaçova, Lev Leşenko, aktyor Oleq Tabakov və bir çox başqaları gəlmişdilər.

Tabutun baş tərəfində sakit , dinməz dayanan müğənni, SSRİ Xalq artisti Alla Puqaçova birdən bu sükutu pozaraq böyük və dahi Müslüm Maqomayevlə bağlı ürək sözlərini dilə derəkir:

“Bu, bütün xalq üçün böyük itkidi. Əsasən də, onu sevən insanlar üçün. Bəzən deyirlər ki, özün üçün qibləgah yaratma, ancaq mən 14 yaşım olanda onu yaratdım. Bilmirəm, Müslüm Məhəmməd oğlu mənim sənəmim olmasaydı, mənim taleyim necə olacaqdı? Mənim bir arzum var idi, onunla tanış olmaq. Mən hər şey edirdim: oxuyurdum, çalışırdım ki, bircə o, mənim varlığımı bilsin. Bu, xoşbəxtliyi Allah mənə nəsib etdi, həmçinin, bu günkü ağri və acını… Mən yalnız bir şey haqqında heyifsilənirəm, həyatda olarkən onunla birlikdə oxumadım. Mən əminəm ki, başqa həyat mövcuddu. Fikirləşirəm ki, biz mütləq bir yerdə, hələ, oxuyacağıq…”