Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 23

Шрифт
Интервал


Məhəmmədin müharibədə keçdiyi həyat yolu haqqında hərbi jurnalist Mixayıl Zaxarçukun “ Krasnıy zvezda ” («Qızıl ulduz») qəzetində dərc etdirdiyi “Yüzillik” sərlövhəli geniş məqalə sensasiyaya səbəb olmuş və nəticədə qəhrəman haqqında sənədli povestin yazılması ilə başa çatmışdı. Müəllif bu barədə yazırdı:

“Məqalə dərc olunandan bir xeyli müddət sonra hər tərəfdən mənim ünvanıma, redaksiyaya kəşfiyyatçı (Məhəmməd Maqomayev: -C.P.) ilə bağlı çoxsaylı məktublar daxil old. Həmin məktublardan birinin müəllifi sovet vətəndaşlarının çox sevimli kinolarından biri hesab olunan “Dörd tankçı və it” ininin ssenari müəllifi, film milliyyətçə polyak olan Yanuş Pşimanovski idi. Onun və başqa hərbi alay yoldaşlarının hamısı birmənalı şəkildə Məhəmməd Maqomayevin “Sovet İttifaqı Qəhrəmanı” adına təqdim olunduğunu təsdiqləryirdilə”.

Keçmiş döyüşçülərdən gələn çoxsaylı məktublar və bu məktublarda söylənilən fikirlər, o cümlədən sənədli epizodlar Mixayıl Zaxarçuku bir qədər də ruhlandırmış və o, hərbi jurnalist olaraq bu işi davam etdirmək məsələsini qarşısına prioritet vəzifə olaraq qoymuşdu.

M. Zaxarçuk yazırdı: “Bir gün redaksiyaya Georgiy Qavriloviç Paxlebayev adlı bir cəbhəçi gəldi. Onun əlində Krım vilayətində çap olunan həftəlik qəzetlərin birində dərc edilmiş qeyd var idi. Həmin qəzet yazırdı: “məşhur müğənninin atası ( Müslümün : -C.P.) Polşada həlak olub və orda da dəfn olunubdu. Ancaq Georgiy Qavriloviç inamla təsdiqləyirdi ki, Böyük Vətən müharibəsi illərində o, 301 saylı atıcı diviziyanın 823 saylı artile riya alayına komandirlik edibdi. Həmin zaman ərzində Məhəmməd Maqomayev kəşfiyyat bölüyünün komandiri, serjant çinində xidmət gostəribdi. Məhz, buna görə də, sabiq komandir israrla deyirdi , Bu, barədə əsgərin doğmalarına və yaxınlarına şəxsən özü yazılı surətdə məlumat veribdi”.

Qəzetin bir cür, cəbhəçi- artilleriya komandirinin başqa cür informasiya verməsi hərbi jurnalistin diqqətindən kənarda qala bilməzdi. Odur ki, müəllif məsələyə aydınlıq gətirmək məqsədilə tez bir zamanda tədqiqata başlayır və jurnalistikanın bütün mövcud qayda və priyomlarından səmərəli istifadə edir.

Bu, haqda Mixayıl Zaxarçuk yazırdı: “Alimlik dərəcəsi olan sənətşünaslıq namizədinin (Burda söhbət cəbhəçi komandir G.Q.Paxlebayevin gətirdiyi, Krımda dərc olunan qəzetdə verilən məqalənin müəllifindən gedir: -C.P.)