Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 30

Шрифт
Интервал


Hə!

Qoy o bilsin ki, onun atası onu sevir və axırıncı nəfəsinə qədər də sevəcəkdi, əgər ona ölmək lazım gəlsə, belə, onun adı dilində öləcəkdi.

Bax, bu da hamısı, mən ona nə arzulamaq istərdim.

Salamla sizin Məhəmməd”.

Atanın oğlunun ad gününə müharibədən, od-alov un içindən bu cür mövzuda məktub yazıb göndərməsi onu oxuyan hər kəsdə ürək sıxıntısı əmələ gətirə . Məktubda maraqlı görünən, insanı riqqətə gətirən ən əsas bir məqam xüsusilə diqqəti daha çox cəlb edir. Bu, maqomayevlərin öz soy köklərinə nə qədər bağlı olması və bu soyadı şərəflə daşımağa can atmasıdı. Atanın məktubunda oğluna bir daha kimin adını daşıdığı xatırlanır və babasının adına layiq səmimi, cəsur, səxavətli, əməksevər, cəmiyyətə xeyir gətirən övlad olması arzulanır.

Müslüm xatirələrində yazırdı: “Əgər dostlarının yadında Məhəmməd Maqomayev xarici görnüşü ilə yadda qalıbsa, mənə atam tamamilə başqa cür görünür. Baxmayaraq ki, mən onu xatırlamıram, çünki o, dünyasını dəyişəndə mənim cəmi üç yaşım var idi. Mən atamı rəsm, şəkil etibarı ilə gözəl görmürəm, mən onu daxilən gözəl və cəlbedici görürəm. İnsanlarda özlərini göstərmək üçün cazibə, lətafət, cəlb etmə mövcuddu , təbii ki, ürəklərinin, qəlblərinin dərinliklərində və daxilində”.

Ayşət xanım Əhməd qızı (Xanjalova) Maqomayeva (1921-2003)

(Müslüm Maqomayevin anası)

Zadəgan mənsubiyyətinə məxsus olan Ayşət Əhməd qızı Maqomayeva (Xanjalova) Rusiyanın Maykop şəhərində dünyaya göz açmışdı. Bu, balaca adıgey qızı Çar-Tver qazaq ordusunun keçmiş polkovniki İvan Aleksandroviç Xanjalovun nəvəsi idi. Ayşət xanımın babası İvan Aleksandroviç 1878-ci ildə Rusiyanın Mixaylovski hərbi yunkerlər məktəbini bitirmişdi. İstedadlı teatr artisti, Stalin təqaüdçüsü (1941)

“Mənim bütün həyatım Bakı ilə, Azərbaycanla, onun yaxşı adamları ilə bağlıdı. Səhnədə bütün həyatım boyu Xanjalova familyası ilə çıxış etmişəm. Anam milliyyətcə adı-gey, atam isə türk idi. Əhməd Gəncəlioğlu Konstantinopolda anadan olmuşdu. O, 1905-ci ildə Rusiyaya gəlmiş və birdəfəlik burda qalmışdı. Anamla tanış olduqdan sonra sovet vətəndaşlığını qəbul etmişdi …

Məhz, bu səbəbdən mənim qızlıq familiyam Xanjalova kimi qalmışdı”, -deyərək, -Ayşət xanım xatirələrində yazırdı.

İlk təhsilini Nalçik şəhərində alan Ayşət xanım bir müddət sonra Moskvaya gedir və təhsilini məşhur Moskva Dövlət Teatr İncəsənəti İnstitutunda davam etdirir. O, yazırdı: