Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 31

Шрифт
Интервал


“Mən Müslümün atası Məhəmmədlə 1941-ci ildə, Moskvada tanış oldum. Onda mən Dövlət Teatr İncəsənəti İnstitutunda oxuyurdum. Başladıq dostluq etməyə”.

Həyat yoldaşını müharibəyə yola salan Ayşət xanım ağrı və acısına qapanaraq, sakit həyat tərzi keçirmək niyyətində olmur. Gənc xanım daha fəal, daha işgüzar olmaq məqsədilə teatrda yaxından fəaliyyət göstərir, insanlara sevinc bəxş edir və qısa müddətə olsa da, belə, müharibənin dəhşətlərini insanların qəlbindən uzaqlaşdırmağa çalışır. Ancaq bütün bunlar balaca Müslümü ana nəvazişindən, ana qayğısından, ana hərarətindən, ana məhəbbətindən kənarda qoyur. Təssüflər olsun ki, Ayşət xanım bu, duyğuları heç vaxt anlamadı və anlamaq iqtidarında olmadı.

“Mən teatrda sevimli peşəmlə məşğul idim. Yeni obrazlar yaradırdım, fəaliyyətimi genişləndirirdim. Bir neoçə aydan sonra Bakı mədəniyyət şöbəsindən çağırış vərəqi aldım və təcili Dəmiryolu vağzalında məni Məhəmməd qarşıladı. Bu, mənim üçün böyük sürpriz və böyük sevinc oldu. Özümü olduqca xoşbəxt hiss edirdim. Çox təəssüflər olsun ki, Məhəmməd həyatıma tez gəldi və gəldiyi kimi tez də getdi”, -deyərək, -o, yazırdı.

Müharibə qurtarana qədər Bakıda yaşayan Ayşət xanım müharibədən sonra üç yaşlı Müslümlə birlikdə böyüyüb boya-başa çatdığı Maykop şəhərinə qayıdır.

Məhəmməd Maqomayevin həyatından söhbət açarkən onun necə əsgər olduğu, necə döyüşdüyü, necə həlak olduğu, harda dəfn olunduğu haqqında yığcam məlumatı oxucuların diqqətinə yuxarıda, hərbi jurnalist Mixayil Zaxarçukun yazdığı məqalədə, çatdırdım. Lakin Ayşət xanımın söylədiyi bir fakt, həm maraqlı, həm də tükürpərdici idi.

Ayşət xanım xatirələrində yazırdı: “Müslüm Polşada qastrol səfərində olanda həmin yerləri ziyarət edib. Yəqin ki, “Buhenvald harayı” mahnısı yadınızdadı? Bu, Müslüm üçün adi mahnı deyildi, bu onun ürək odu, ürək yanğısı, atasını müharibədə itirən bir övladın çağırışı, harayı idi.”

Həqiqətən, bu mahnı Müslüm tərəfindən elə bir səviyyədə ifa olunub ki, qulaq asan hər kəs, hətta, mahnının sözlərini, dilini başa düşməyən hər bir şəxs daxili təlatümünü saxlaya, gizlədə bilməzdi. Yüksək ecazkar səs, cingiltili təmiz ifa tərzi, artistlik manerası, mahnının daxilinə nüfuz etmək, onu yaşamaq, geniş diapozon və s. tamaşaçını mat-məəttəl qoyurdu. Bu, Ayşət xanımın dediyi kimi: “atasını müharibədə itirən bir övladın yanğısı, harayı idi”. Mahnının səsləndiyi həmin zaman kəsiyindən bizi, bu gün çox illər ayırır, lakin bu illər ərzində mahnının başqa bir kimsə tərəfindən ifa olunmaması bir daha sübut edir ki, həqiqətən böyük səs, böyük istedad, cürət və qabiliyyət tələb edən belə bir əsəri hər müğənni ərsəyə gətirə bilməzdi . “Buhenvald harayı” adından da bəlli olduğu kimi ağır günləri diqqətə çatdıran, həm də vətənpərvərlik duyğularını tərənnüm edən əsər kimi zamanında qəsər kimi zamanında qəşbulundu. Belə bir çətin mahnını yalnız Müslüm səviyyəsində olan müğənni ifa edə bilərdi…