Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 34

Шрифт
Интервал


Çimkənd vilayət Rus Dram Teatrı sonralar “Cənubi Qazaxıstan Vilayət Rus Dram Teatrı” kimi fəaliyyət göstərməyə başlamışdı. Lakin həmin zaman çox az adama məlum idi ki, bu teatrın səhnəsində məşhur Müslim Maqomayevin anası Ayşət xanım Xanjalova-Maqomayeva fəaliyyət göstərir.

Teatrın 80-illik yubileyi ərəfəsində Qazaxıstanın tanınmış qəzetlərindən hesab olunan “Komsomolskaya Pravda” ilə teatrın bir qrup əməkdaşı görüşür və xatirələrini bölüşürlər. Çimkənd teatrına Ayşət xanım Xanjalova -Maqomayeva iki dəfə gəlmişdi. Onun birinci gəlişi XX əsrin 60-cı illərinin sonuna, ikinci gəlişi isə həmin əsrin 80-ci illərinə təsadüf etmişdi. təəssüflər olsun ki Yalnız həmin zamanı əks etdirən, xatırladan bəzi fraqment, afişa və fotoşəkillərdən başqa…

Məlum olur ki, həmin illərdə Ayşət xanım “Qara qızılgül” tamaşasında böyük müvəffəqiyyətlə çıxış etmişdi. Onu demək olar ki, “Qara qızılgül” əsəri XX əsrin 60-80-ci illərində Çimkənd teatrının repertuarında daima olmuşdu. Ayşət xanım “Qara qızılgül” tamaşasının baş qəhrəmanı – Bibinin ilk ifaçısı kimi teatrın tarixinə düşmüşdü. Həmçinin, teatrın arxivində, həmin tamaşanın 1968-1969-cu illər mövsümünü xatırladan proqramı bu günə qədər qorunub saxlanılır. Proqramda onun soyadı Xanjalova AA kimi göstərilir. İfaçı aktyor olaraq Ayşət xanım səhnədə həmişə bu, familiya ilə çıxış etmişdi. Bir məlumata görə bu, onun qızlıq familiyası, başqa bir məlumata görə isə səhnə təxəllüsü olmuşdu. Mən yuxarıda qeyd etdim ki, Xanjalova familiyası Ayşət xanımın anasının fam-iliyasıdı, ona ana babasından keçibdi. Demək, bu həqiqətən onun qızlıq soyadıdı !

Materiallara istinad etdikdə daha bir vəziyyətlə tanış oluram. Beləki, Ayşət xanım Maqomayeva- Xanjalova 1960-1980-ci illərdə “Armudcuq” pyesində həddən artıq əzəmətli və təmtəraqlı görünübdü. Bunu həmin dövrün qəzet məqalələrində olan dəlil və faktlar sübut edir.

“Armudçuk” tamaşasını canlı izləyən və əlli ildən artıq şəhərin mədəniyyət aləmində çalışan, şəhərin müsiqi məktəbinin müəllimi Şımkent İzoldu Belov xatırələrində Ayşət xanımla bağlı fikirlərini bölüşərkən yazmışdı:

“ Armudcuq ” pyesini Ayşət Maqomayeva- Xanjalovaya görə səhnəyə qoyurdular. O, bu əsəri çox səmimi və ürəkdən oynayırdı. Mən, indiyə kimi bu əsəri böyük təəssüratlarla xatırlayıram. Onun ağ köynəkli, uzun qara saçlı obrazı foto şəkil kimi yaddaşıma möhürlənibdi. Hətta, tamaşaçılar kecidlərdə dayanırdılar. O, çox gözəl, incə, qəşəng bir qadın idi və çox yaxşı oxuyurdu. Ümumiyyətlə, onun teatrda və şəhərdə peyda olması, görünməsi, sanki, bir partlayışa səbəb olurdu.”