Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 33

Шрифт
Интервал


Müslümlə bağlı fikirləri bölüşmək Ayşət xanım üçün bir o qədər asan deyildi. Çünki, ən azından, o, ana idi və balasının hər bir anını düşündükcə müəyyən çətinlikləri xatırlamalı olurdu. Ancaq bütün bunlara baxmayaraq özündə güc tapan Ayşət xanım fikrini onu dinləyənlərə çatdıra bilirdi.

“Tezliklə mənim qayınanam, Müslümün nənəsi, Baydagül xanım yanımıza gəldi. O, oğlu Məhəmmədsiz gunləri haqqında danışdı. Söylədi ki, əgər nəvəsi onun yanında olsa, ağır günləri bir az unudar, bir az təskinlik tapar. RazIlIq verdim. Müslümün Bakı həyatı hadisələrlə zəngin oldu. Xəstəlik, inciklik, çapıq və s.”, -deyirdi, -Ayşət xanım.

Bu, söhbətə əsaslanaraq, sözsüz ki, Ayşət xanımı geninə-boluna müzakirə, mühakimə etmək, məzəmmət obyektinə çevirmək olardı. Lakin mən bunu etmək fikirindən yan keçmək qərarına gəldim. Çünki proseslərin necə davam edəcəyini, o cümlədən subyektiv fikir və düşüncələri söyləmək üçün daha münasib zamanı və münbit şverraiti gözləməyə ü stünl. Burda, bir aforizm yadıma gəldi və məni çox düşündürdü: “Mühakimə etmə, mühakimə olunarsan.”

XX əsrin 50-ci illərində keçmiş SSRİ də “Tarzan” adlı kinofilm çox məşhur idi. Aşağı sinif şagirdləri özlərini filmin qəhrəmanı Tarzana oxşatmağa çalışırdılar. Onlar ağaclara dırmanır, atlanır, kəndirdən sallanır və nəticədə müxtəlif zədələr, travmalar alırdılar. Kiçik Müslüm və onunla bir məhəllədə yaşayan Polad (Bülbüloğlu: -C.P.) bu, filmin təsiri altında həyətdə olan ağaclara dırmaşır, ağacdan-ağaca tullanır, Tarzan sayağı oynayır, sözsüz ki, kifayət qədər zədələr alırdılar. Dostluq edən Müslüm və Poladın mənzilləri bir həyətdə, daha doğrusu, bir binada yerləşirdi.

Ayşət xanım bu barədə yazırdı: “Bir dəfə həyətdə Poladla oynayarkən mənim Müslümüm ağacdan yıxılır, qolunu sındırır… Sonra hamısı qaydasına düşür”.

Ayşət xanımın teatr karyerasının əsas hissəsi Qazağıstanın Çimkənd Rus Dram Teatrı ilə sıx bağlı olmuşdu. O, uzun illər bu teatrın səhnəsində biri-birindən maraqlı və gozəl çoxsaylı obrazlar yarada bilmişdi. Bu, tamaşaların arasında “Turandutun şahzadə qadını”, “Köstəbək”, “Qara qızılgül” əsərləri xüsusilə fərqlənirdi. Tarixi məlumatlara görə Ayşət xanım teatrın aparıcı solisti olmaqla bərabər, həm də “Armudçuq” pyesinin mükəmməl və əvəzedilməz ifaçısı idi. Məhz, onun iştirakı ilə bu pyes uzun illər Çimkənd Rus Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş və hər dəfə də böyük tamaşaçı alqışı ilə qarşılanmışdı.