Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 5

Шрифт
Интервал


Müslüm Maqomayevin adı onun doğulduğu, boya-başa çatdığı, təhsil aldığı və pərvazlanıb dünyaya uçduğu füsunkar , möhtəşəm, qədim, doğma, gözəl Bakı şəhəri, ümumiyyətlə, Azərbaycan və Azərbaycan xalqı ilə daima bağlı olmuş və qoşa səslənmişdi. Hər üç adı: Azərbaycan, Bakı, Müslüm biri-birindən ayrılıqda anlamaq, başa düşmək qeyri- mümkündü. Bəstəkarın Nəbi Xəzrinin və Sergey Yeseninin müvafiq olaraq yazdıqları “Azərbaycan” və “Salamat qal, Bakı!” şeirlərinə həsr etdiyi mahnılar, sözsüz ki, fikirlərimin təsdiqi, isbatı və təntənəsi kimi qəbul olunmalıdı. “Azərbaycan” mahnısı müğənninin vizit vəsiqəsi, “Salamat qal, Bakı!” mahnısı isə zil qaranlıq bir gecədə parlaq məşəl kimi yanan böyük bir ürəyin son akkordu idi. Onun çoxsaylı pərəstişkarları arasında müğənninin babasını, böyük şöhrətlə adını daşıdığı-bəstəkar, dirijor, pianoçu Əbdül Müslüm Maqümayevi tanımükmasım. Məhz, bu reallıqdan çıxış edərək çalışacağam ki, Müslüm Maqomayevin həyat və yaradıcılığını əks etdirən bu, monoqrafiyada maqomayevlər ailəsi haqqında, imkanım daxilində, daha geniş və ətraflı, təfərrüatlı, yığcam və müfəssəl məlumat verim.

Müstəsna və fövqəladə hal olaraq, demək mümkündü ki, parlaq ulduza çevrilən Müslüm Maqomayevin real və həqiqi istedadi, zəkası və qabiliyyəti xalqı, tamaşaçıları, onu sevənləri bu gün, ecazkar səsinin cazibəsi ilə televiziya, radio, maqnitofon, kompüter qarşısına toplaya bilir.

Azərbaycanda, o cümlədən keçmiş Sovet İttifaqında, həmçinin, dünya opera və estrada janrında çox az adam tapıla bilər ki, Müslüm Maqomayev kimi məşhur olsun və heç olmasa, ən azından, onunla rəqabət aparmaq iqtidarında yaşasın. Məftunedici, cəzbedici bariton səsi, yüksək ifa texnikası, xüsusi geyimi, artistlik və səhnə məharəti, liderlik bacarığı, səmimi səxavəti və təkrarolunmaz təbəssümü ilə qırx beş ildən artıq bir zaman ərzində milyonların ürəyini fəth edən və bu gün də, öz effektini, dəyərini qoruyub saxlayan başqa bir müğənni tanımıram. Müğənninin diapazon imkanları müstəsna dərəcədə, qeyri-adi formada o qədər geniş idi ki, Müslüm asanlıqla operadan müziklə qədər, siyasiləşmiş mahnılardan uzaq olmaq şərti ilə, SSRİ, Azərbaycan, Rusiya və xarici bəstəkararın vokal əsərlərinə müraciət edirdi, hamısının öhdəsindən də böyük ustalıqla, məharətlə və bacarıqla gəlirdi.