Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 51

Шрифт
Интервал


       O, həm də dostu Üzeyirdən fərqli olaraq şən həyat tərzi keçirməyi xoşlayırdı və özünə yaxşı kef çəkməyə imkan verirdi. Nə vaxt ki, “keflə yaşamaq istəyən” günahkar Zülfüqar Hacıbəyli o zaman ki, “taksi fayton”la babamın arxasınca gələrdi, onlar həmən öz qayğılı sifətləri ilə nənəmə deyirdilər: teatrda, operada musiqi ilə bağlı problemli iş var. Ancaq fayton onların arxasınca əl yelləyən Baydagül xanımın müşahidə dairəsindən kənara çıxan kimi istiqamətini dəyişərdi”.

       Bəzi çeçen jurnalistlər Əbdül-Müslüm Maqomayevin ölümü ilə bağlı qaranlıq və məntiqsiz, zidiyyətli fikirlər söyləmişdilər. Guya böyük Azərbaycan bəstəkarı represiya qurbanı olmuşdu. O, həbs edildikdən sonra Nalçikə gətirilmiş və həbsxanada məlum olmayan şəraitdə həyatla vidalaşmışdı. Sonradan onun nəşi Bakıya gətirilərək burda, Fəxri Xiyabanda dəfn olunmuşdu. Sözün açığı, bu, o qədər inandırıcı görünmür, əksinə, bu cür fikirlər insanda ironiya yaradır, sarkazm doğurur.

       Birincisi, tarixə istinad edərək əminliklə söyləmək olar ki, represiya qurbanlarını başqa yerə aparmağa və hardasa dəfn etməyə icazə vermirdilər. Biz bunu misal olaraq mərhum şair-dramaturq Hüseyn Cavidin timsalında gostərə bilərik. Bizim nəsilin nüma-yəndələrinin yaxşı yadındadı ki, uzun illər keçəndən sonra Hüseyn Cavidin nəşi Ulu Öndər Heydər Əliyevin böyük əməyi, bacarığı sayəsində Sibirdən Azərbaycana gətirilmiş və doğulduğu Naxçıvan şəhərində el adət-ənənəsi ilə dəfn olunmuşdu;

       İkincisi, əgər Əbdül-Müslüm Maqomayev represiya qurbanı olsaydı SSRİ rəhbərliyi heç vaxt icazə verməzdi ki, onun nəşini paytaxt Bakıda, özü də, Fəxri Xiyabanda dinlər ets Çünki bu sovet məfkurəsinə tamamilə uyğun gəlməyən və ziddıyyət təşkil edən bir prosesdi;

       Üçüncüsü, bəstəkarın böyük oğlu Cəmaləddin əvvəlcə sənaye naziri, sonra Azərbaycan SSRİ Nazirlər Soveti sədrinin müavini və daha sonra SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSRİ-nin Moskvada daimi nümayəndəsi vəzifələrində çalışmasına icazə və imkan verilməzdi;

       Dördüncüsü, ən əsası, Maqomayevin oğlanları: Cəmaləddin və Məhəmməd Sovet İttifaqı Kommunist Partiyasının üzvüləri idilər. Həmin dövrün insanları yaxşı xatırlayır ki, nəinki atası, hətta, uzaq qohumları represiyaya məruz qalanların, həmçinin, həbsxanada olanların yaxın və doğmalarını partiya sıralarına qəbul etmirdilər və yüksək dövlət vəzifəsinə təyin etmirdilər, çünki bu sovet ideologiyasının tələbi idi.