Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 69

Шрифт
Интервал


)

       Lakin, bu cür məktəb bütün həyat boyu bəs etmir: əgər bir ay məşğul olmasan, hamısını yenidən başlamaq lazım gəlir. Mən istəyərdim ki, xəyalən yox, həqiqətən bu, çox gozəl, qəribə, ziyalı insanı ürəkdən qucaqlaylm. Deyilənlərə rəğmən o, oğlu ilə birlikdə İsrailə köçübdü. Mən, onu son dəfə görəndə Vladimir Sezaryeviç ailəsi ilə getməyə hazırlaşırdı”.

       Müğənninin “Xatirələr məndə yaşayır” (“Живут во мне вспоминания”) kitabından gətirdiyim iqtibaslar bir daha sübut etdi ki, əmək, zəhmət, vaxt sərf etmədən, alın təri silmədən, zəka işlətmədən keyfiyyətli nəyə isə nail olmaq mümkün deyil, hətta, sən Müslüm Maqomayev olsan, belə…

       Müslümün həyatı əvvəldən-axıra qədər həmişə müxtəlif cəlbedici epizodlarla zəngin olubdu. Maraqlı bir hadisə o, məktəbdə oxuyanda baş verir. Mahnı oxumaq onun diqqətini o qədər cəlb edir ki, başqa fənlər tamamilə yaddan çıxır. Bunun məntiqi nəticəsi olaraq yeddinci sinifdə, ikinci il oxumaq təhlükəsi yaranır. Vəziyyətin acınacaqlı olduğunu görən gənc özünü itirmir və çıxış yolunu məktəb direktoru Tahir Atakişiyevin yanına getməkdə görür. Məktəb direktoru Tahir müəllim Rauf Atakişiyevin qardaşı idi. Rauf Atakişiyev ilə Müslüm Maqomayev Susanna Arkadiyevnanın yanında musiqi ilə mə şğul olarkən tanış olmuşdular. Müslüm və Rauf sərbəst, boş asudə vaxtlarını birlikdə musiqi ifa etməklə keçirirdilər. Tahir Atakişiyevin yanına gələn Müslüm ona müraciət edərək deyir: “Mən musiqi məktəbinə keçmək istəyirəm. Orda mən sevimli oxumağımla məşğul olacam. Heç kim məni riyaziyyatla məşğul olmağa məcbur etməyəcəkdi, çünki o ( riyaziyyat : -C.P.) mənim beynimi “zibilləyir”.

       Gəncin öz fikirində israrlı olduğunu görən məktəb direktor heç bir problem yaratmır və Müslümün musiqi məktəbinə keçməsinə razılıq verir və deyir:

       -“Əgər alınmasa, qayıdarsan…”

       Bundan xəbər tutan Müslümün dostu Rauf Atakişiyev onu məzəmmət edir və deyir:

        “Bu cur seçmə məktəbi atmaq olar. Mən istərdim ki, sən gələcəkdə ali təhsil alasan, böyük musiqiçi olasan…”

       Raufun sözündə böyük bir reallıq, bir məntiq, bir həqiqət var idi. Doğrudan da bu, məktəbi qurtaranlar gələcəkdə yaxşı musiqiçi olurdular. Çünki Müslümün oxuduğu məktəb, sözün həqiqi mənasında, Bakıda sayılıb-seçilən seçmə musiqi-orta məktəbi hesab olunurdu. Bu, məktəbə xüsusi istedadı olmayanları qəbul etmirdilər .