Bu, barədə Müslüm yazırdı: “Bakı Konservatoriyasının nəzdində ki, musiqi məktəbi seçmə məktəb idi. Seçmə o mənada ki, bura istedadı, qabiliyyəti olan uşaqları qəbul edirdilər. Valideyinlərin hansı yüksək vəzifəni tutması burda keçərli deyildi. Seçim meyarı bir idi-təbii istedad. Qabiliyyətsiz, bacarıqsız olanları, hətta, tanışlıq və başqa qeyri-müəyyən yollarla, belə, bu, musiqi məktəbinə qəbul etmirdilər. Məhz, buna görə də bizim məktəbi qutaranların çoxu yaxşı musiqiçi olurdular. Məktəb Bakı şəhəri kimi beynəlmilər idi: onda biz milli müxtəlifliyin nə oldugunu bilmirdik. Heç vaxt təşviş, həyəcan, iztirab keçirmirdik, çünki Azərbaycanın paytaxtı Bakıda Azərbaycan dilini bilmək mütləq hesab olunmurdu. İstəyirsən-öyrən, istəmirsən-öyrənmə. Bizim ailədə rus dilində danışırdılar. Ona görə yox ki, mən doğma ana dilini zəif bilirdim…
Xeyr! Əsla yox…
Nənəm Baydagül tatar, Camal əmimin həyat yoldaşı Mariya İvanovna isə etnik tərkibinə görə polyak idi. Əmim Azərbaycan dilində kifayət qədər yaxşı danışırdı, ancaq ədəbi Azərbaycan dilində hərdən ilişirdi…”.
Müslümün yeni məktəbdə aldığı bilik gənc oğlanın konservatoriyaya daxil olmasına kifayət edir. Beləliklə, Müslüm ali musiqi təhsili almağa nail olur və bununla da dostu Rauf Atakişiyevə verdiyi sözü yerinə yetirir.
Müğənninin uşaqlıq illərini nəzərdən keçirəndə görürəm ki, onun üçün bu zaman kəsiyi çox maraqlı, keşməkeşli və yadda qalan olubdu. O, heç vaxt bir yerdə oturmağı, sakit durmağı xoşlamayıbdı. Adətən belə uşaqlar haqqında deyirlər: “bulaq kimi qaynayır” və ya “od parçasıdı”. Mən, qiyabi şahidi oldum ki, babasından yadigar qalan musiqi alətləri, həmçinin, evdə olan elektrik məişət avadanlıqları ilə Müslüm necə davranır, nənəsinecıl toxan ılə
Digər bir tərəfdən isə bu, diribaşlıq uşağın gözünun “açıqlığından”, çevik olmasından xəbər verirdi və çox yaxşı əlamət hesab olunurdu. Ən azından, mən bunu Müslümün problemləri özü həll etmək qabiliyyətinə malik olmasında, riyaziyyat fənnindən qaçaraq başqa məktəbə keçməsində gördüm. Qətiyyətli, bacarıqlı və işini yaxşı bilən Müslüm riyaziyyatdan yaxa qurtara bilmir. Əmisi Cəmaləddin onun riyaziyyatla məşğul olması üçün evə repititor dəvət etməli olur. Lakin bu, heç nəyi dəyişmir, atalar məsəlində olduğu kimi: “dəyirman öz işindədi, çaqçaq baş ağrıdır”.